Şriftin ölçüsü :

Saytın rəngi :

Masallılı məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Tur-aksiyasına yola salındılar

22 avqust 2014 | 15:00

22 avqust 2014-cü il tarixdə səhər saatlarında Masallı rayonunun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının Masallı rayonundan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşurutu istiqamətində yola salmaq üçün Masallı şəhər Heydər Əliyev Parkında toplaşmışdı.
Tur-aksiyanın iştirakçıları şəhərin Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri Namiq Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə keçirilən tur-aksiyanın iştirakçıları - Masallı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ölkənin qərb bölgəsinə yola düşdüyünü ,dörd gün davam edəcək tur-aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacağını, tur-aksiya məktəblilərin həyatında mühüm hadisə olacağını, şagirdlərin regionla tanışlığı onların biliklərini daha da zənginləşdirəcəyini qeyd edərək belə bir imkanın yaradılmasına görə dövlət başçısı İlham Əliyev cənablarına minnətdarlığını bildirdi
Tur-aksiyanın digər iştirakçıları, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin direktor müavini Xalidə Kərimova, Şərəfə kənd tam orta məktəbinin IX sinif şagirdi Ağanihad Ağayev, şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Sara Ağayeva da sevinclərini ifadə edərək yay tətili günlərində məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.

Keçidlər