Şriftin ölçüsü :

Saytın rəngi :

İmtiyazlı təyinatla Masallı rayonuna işləməyə gələn gənc müəllimlər ilə görüş keçirilib

14 oktyabr 2014 | 15:00

Regionlarda müəllim kadrlarına olan tələbatı ödəmək məqsədilə dövlətin çağırışına qoşulan gənc müəllimlərdən on bir nəfəri imtiyazlı təyinatla Masallı rayonunun ümumtəhsil məktəblərində işləməyə gəlib.
Oktyabrın 14-də Masallı Rayon İcra Hakimiyyətində həmin müəllimlərlə görüş keçirilib. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər işçilərinin, məktəb direktorlarının, gənc müəllimlərin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdikləri tədbirdə bu il Masallı rayonunun ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə Təhsil Nazirliyi tərəfindən 29 gənc müəllimin göndərildiyi bildirilib.
Masallı rayon İcra haimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək qeyd edib ki, Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da təhsilə böyük diqqət və qayğı vardır. Bunun sayəsində nəinki ölkəmizdə, ölkəmizdən kənarda da  savadlı kadrların sayı günü gündən artmaqdadır.
Natiq qeyd etmişdir ki, imtiyazlı təyinatla rayonumuza gələn pedaqoji fəaliyyəti və təcrübəsi az olan gənc müəllimlərə kömək göstərilməli, onların səmərəli fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılmalıdır. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar gənc müəllimlərin ehtiyacları öyrənilməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilməlidir.
Qeyd edilib ki, onlardan on bir nəfəri respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edir. Bakı və Gəncə şəhərlərindən, Neftçala, Lerik və Lənkəran rayonlarından olan gənc müəllimlərə əlavə dərs saatı verilməklə əməkhaqları artırılıb, işlədikləri yaşayış məntəqələrində mənzillərlə təmin olunub, onların istirahəti üçün lazımi şərait yaradılıb.
Görüşdə çıxış edən gənc müəllimlər üzləşdikləri problemlərlə bağlı təkliflərini bildirərək, onlar üçün yaradılan şəraitdən razılıqlarını vurğulayıblar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər