Şriftin ölçüsü :

Saytın rəngi :

Tüklə kəndi ərazisində çəltik biçini başa çatdırılmışdır

23 oktyabr 2020 | 16:00

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə Masallı rayonunda bir neçə təsərrüfatlar çəltik zəmilərində işlərini yekunlaşdırmış və bu mövsümdə uğurlu nəticilər əldə etmişlər. Həmin təsərrüfatlardan biri də Tüklə kəndinin fermerləridir.

Tüklə kəndinin fermerləri cari ilin məhsulu üçün 31,50 hektar sahədə məhsul yetişdirmişlər. Əkində bütün aqrotexniki tədbirlərə əməl edən əməkçilər artıq biçini başa çatdırmış, hər hektardan 34,44 sentner çəltik əldə etməyə nail olmuşlar. Çəltik biçini zəmilərindən 108,5 ton məhsul əldə edilmişdir.

Keçidlər