Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir

11 dekabr 2014 | 16:00

11 Dekabr 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində  Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
      Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə  Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq  öz çıxışnda bildirdi ki: Heydər Əliyevin  parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır.
         İstər Hakimiyyətinin birinci dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi son on ildə yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir.
Daha sonra çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Oktay Ağayev çıxış edərək bildirdi ki, “Biz Heydər Əliyevin bütöv bir şəxsiyyət kimi ucalığını hər zaman özümüzün həyat amalımız hesab edirik. Möhtərəm Ulu Öndər haqqında ən gözəl söz, ən müqəddəs fikir, ən həzin xatirə, ən yadda qalan an belə onun böyüklüyünü, mənən ucalığını, şəxsiyyət kimi bütövlüyünü, ictimai-siyasi xadim kimi tamlığını, vətəndaş kimi vətənpərvərliyini olduğu qədər əks etdirməkdə acizdir... Məhz belə olduğuna görə Heydər Əliyev həmişə xalqın yanında, haqqın yolunda idi. Bəli, tarixin sınaqları göstərdi ki, Heydər Əliyev Milli Lider, müstəqilliyimizin əbədi təminatçısı və dövlətçiliyimizin memarıdır. Ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqa xidmət etmək onun həyat idealı idi. Bunu da zərgər dəqiqliyi ilə yenə əbədiyaşar və bəşərivarlıq olan Heydər Əliyev özü göstərirdi. Qəbul olunmuş bəşər qanunlarına görə tarixi şəxsiyyətlər yaradır, insanları tarix yaşadır və hökmü tarix verir. Heydər Əliyev Azərbaycanın milli müstəqillik, milli azadlıq, milli dövlətçilik tarixini yaradan şəxsiyyətdir. Artıq xalq və böyük rəhbərin monolit birliyi tarixin təntənəsinə çevrilib. Onun düşüncələri xalqımız üçün nurlu yol ideyaları, işıqlı sabahlarıdır.
Tədbirdə Masallı rayon Qızılağac kənd tam orta məktəbinin tarix müəllimi Sərxan Əhmədov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana demokratiya və demokratik seçkilər, bəşəri dəyərlər  gətirmişdir. Onun bu istiqamətdə həyata keçirdiyi siyasət ölkənin hər bir vətəndaşının azad yaşamaq hüququnu təmin etmiş, hər kəsə öz rifahını yaxşılaşdırmaq imkanı yaratmışdır. Onun Prezidentliyi dövründə həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanın dünya iqtisadiyyatına ardıcıl sürətdə inteqrasiya etməsi ölkəmizin gələcək tərəqqisinin rəhnidir.
        Öz fitri istedadı, iti zəkasi və nadir keyfiyyətləri hesabına yeni Azərbaycana, həyatımızın mövcud gerçəklərini yaradan Heydər Əliyev eyni zamanda gələcəyə aparan yolları da müəyyənləşdirmişdir.
      Bu gün hər birimizin taleyində dahi müasirimiz olan Heydər Əliyev dühasinin bir zərrəsi var. Onun həyatı və fəaliyyəti, şəxsiyyəti tariximizin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyev elə zəngin irs qoyub ki, ondan hələ neçə-neçə nəsillər bəhrələnəcəkdir.
         Azərbaycan tarixində dərin, pozulmaz izlər qoymuş Heydər Əliyevin əziz və parlaq xatirəsi qədirbilən xalqımızın qəlbindən heç vaxt silinməyəcəkdir. Onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır.

Keçidlər