Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında gənclərlə görüş

22 yanvar 2015 | 16:00

22.01.2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında təşkilatın Gənclər Birliyinin 2014-cü ildə görülən işlər və 2015-ci ildə qarşıda duran məsələlərlə bağlı yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev açmış, məruzə ilə çıxış edərək gənclərin cəmiyyətdəki rolundan, rayonun ictimai-siyasi, mədəni həyatında, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlardan danışıb: “Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Məhz bunun sayəsində Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında fəallığı ilə seçilir və dövlətə, dövlətçiliyə sadiqdir”.
Cəlal Əliyev qeyd etmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirmiş və hal-hazırda rayon təşkilatında YAP üzvlərinin 27 %-ni yəni 2636 nəfərini gənclər təşkil edir və onların da 790 nəfəri gənc qadınlardır. Sevindirici haldır ki, 2014-cü ildə partiya sıralarına qəbul edilənlərin 53.7 %-i yəni 282 nəfərini gənclər təşkil etmiş və bunların da 86 nəfəri gənc qadınlardır.
Ümumi tərkibdə təhsilinə görə gənc YAP üzvlərinin 30.7%-ni yəni 808 nəfəri ali, 15.2%-ni yəni 399 nəfərini orta ixtisas təhsilli gənclərdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin üzvü Sübhan Şiriyev çıxış edərək bildirdi ki, biz təşkilatımızın Gənclər Birliyi olaraq bütün siyasi kompaniyalarda gənclərin mütəşəkkil şəkildə iştirakının şahidi olmuşuq. Ötən Bələdiyyə seçkilərində partiyamızın qarşısında duran məqsədlərdən biri də seçkilərə gənclər və gənc qadınlarla getmək və onların qələbələrini təmin etmək idi. Bələdiyyə seçkilərində əldə olunmuş nəticələr bunu bir daha sübut etdi ki, bələdiyyə seçkilərində də, gənclərimizə etimad göstərildi və 366 bələdiyyə yerinə seçilmiş üzvlərdən 116-nı gənclər təşkil etdi.
Sonra Vafiq Xəlilov, Sarxan Əhmədov,  Nemət Abdullayev, Arasta Seyfullayeva və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının gələcəyinin ölkəmizin gələcəyi kimi parlaq olduğunu və partiyanın hər bir üzvü bugünkü gəncliklə qürur duyduğunu bildirdilər.
Tədbirdə cari ildə görüləcək işlərlə bağlı müzakirələr olunmuş, bir qrup gənc partiya sıralarına daxil olmaq üçün ərizə ilə müraciət etmiş, partiya həyatında fəal iştirakına görə bir qrup gənclərə qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər