Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında qadınlarla görüş

23 yanvar 2015 | 16:00

23 yanvar 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının 2014-cü ildə görülən işlər və 2015-ci ildə qarşıda duran məsələlərə həsr edilmiş hesabatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova respublikamızın və cəmiyyətin yüksək inkişafında qadınların rolundan söhbət açmış, ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, qadınların respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakından bəhs etmişdir.
Bildirilmişdir ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir: “Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar”.
Gülşən Xəlilova bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gülşən Xəlilova çıxışını davam etdirərək qeyd etmişdir ki, bu gün YAP Masallı rayon təşkilatının 28.2 %-ni yəni 2750 nəfərini qadınlar təşkil edir. Bunların 679 nəfəri ali, 813 nəfəri isə orta ixtisas təhsillidirlər. Sevindirici haldır ki, 2014-cü il ərzində YAP sıralarına daxil olanların 34.1 %-ni, yəni 179 nəfərini qadınlar təşkil etmiş və onların da 87-i gənc qadınlardır. 2014-cü ildə YAP sıralarına daxil olan qadınlarımızın  96 nəfəri dövlət  qulluğunda, səhiyyədə, təhsil müəssisələrində, mədəniyyət  və digər özəl sahələrdə çalışırlar.
Tədbirdə iştirak edən Gülnaz Talıbova, Rəhimə Rzayeva, Pərvin Rəsulova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə yüksəlməsindən, Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qadınların cəmiyyətdə rolunun artdığından bəhs etmişlər.
Tədbirdə cari ildə görüləcək işlərlə bağlı müzakirələr aparılmış, partiya həyatında fəal iştirakına görə bir qrup qadınlara qiymətli hədiyyələr verilmişdir.

Keçidlər