Şriftin ölçüsü :

Saytın rəngi :

BORADİGAH QƏSƏBƏ İNZİBATİ ƏRAZİ DAİRƏSÜ ÜZRƏ NÜMAYƏNDƏLİYİNİN HESABAT YIĞINCAĞI

23 yanvar 2015 | 16:00

“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2014-cü ilin yekunlarına və qarşıda duran məsələrə həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı qrafikə uyğun olaraq yanvarın 23-də Masallı rayon Boradigah qəsəbə inzibati ərazi dairəsində keçirilmişdir.
             Boradigah qəsəbə bələdiyyə sarayında təşkil olunmuş hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
             Əvvəlcə Boradigah qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Ələkbər Cəfərov hesabat məruzəsi ilə çıxış etmişdir.
             Ə. Cəfərov ötən illərdə  olduğu  kimi 2014-cü il də ölkəmiz  üçün bir  çox  mühüm  hadisələrlə yadda  qaldı. Belə  ki, Prezident  İlham  Əliyevin yürütdüyü praqmatik siyasət  nəticəsində Azərbaycanın  regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənib, həyata  keçirilən hücum diplomatiyası xətti  xarici  siyasətdə əhəmiyyətli nailiyyətlərin əldə  edilməsi  ilə müşaiyət  olunub.Ölkəmizin uğurlu  inkişafı artıq  reallıqdır.Bunu  Azərbaycan  əhalisi bilir və görür. Ölkədə əldə olunan bu  uğurların təməlində düşünülmüş siyasət,mövcud  olan  ictimai-siyasi  sabitlik  və  uğurlu  iqtisadi  islahatlar  dayanır.Ən  önəmlisi  isə  odur  ki,atılan  addımların,görülən işlərin mərkəzində hər bir Azərbaycan vətəndaşının, hər  bir  Azərbaycan ailəsinin rifahı və firavan həyatı dayanır.
             Bu gün ölkəmizdə vüsət almış tərəqqi Masallıda da yüksək səviyyədə davam etdirilir. Masallıda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verildi, əhalinin sosial-məişət şəraiti yaxşılaşdırıldı, rayonda qaz və su çəkilişində mühüm işlər görüldü. Ümumən, görülən işlərdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun böyük təşkilatçılıq bacarığı və tələbkarlığı rayonumuzun ab-havasını dəyişmiş, nəticədə hər bir rəhbər işçinin məsuliyyəti gücləndirilmişdir.

  Hesabat ilində ölkəmizin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası uğurla həyata keçirilmiş,  bölgələrdə yüzlərlə sosial-iqtisadi obyektlər istifadəyə verilmiş, aparılan abadlıq-quruculuq işləri nəticəsində şəhər və rayonların siması müasirləşmiş, əhalinin rifah halının yaxşılaşdırılması məqsədi ilə bir çox sosialyönümlü siyasət həyata keçirilmiş, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.
Bunu rayonumuzun timsalında da görmək olar. Belə ki, 2014-cü ildə rayonumuzun bütün ərazilərində tikinti-quruculuq və abadlıq işləri aparılmış, şəhər, qəsəbə və kəndlərimizin siması büsbütün dəyişmişdir. .
Rayonumuzun ayrı-ayrı ərazilərində görülən işlərlə yanaşı Boradigah qəsəbə ərazisində də uzun illərdən bəri sakinləri narahat edən bir çox problemlər həll edilmişdir.
Bütün bu görülən işlərə görə qəsəbə sakinləri adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı, ərazinin sosial qayğılarını diqqət mərkəzində  saxlayan və problemlərimizin həllinə yaxından köməklik göstərən rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynova öz dərin təşəkkürümüzü bildiririk.
Boradigah qəsəbə inzibati ərazi dairəsi, mərkəzi Boradigah qəsəbəsi olmaqla Boradigah qəsəbə, Mollaoba və Babaser yaşayış məntəqələrini əhatə edir. Ərazisi 2736 hektar, təsərrüfatların sayı 2683, əhalisinin sayı 11535 nəfər və 6 ümumi yaşayış evi olmaqla  bərabər 2214 ev vardır.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq illik və rüblük iş planları əsasında qurmuşdur.

Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində  baxılmasına daima səy  göstərilmiş, müraciətlərə həssaslıqla yanaşılmışdır.
2014-cü il ərazində vətəndaşlardan 11 yazılı və 106 şifahi müraciət daxil olmuşdur.  Bir qayda  olaraq bütün müraciətlərə vaxtında cavab verilmiş, müddət pozulmasına yol verilməmişdir.
Nümayəndəliyə daxil olan şifahi müraciətlər əsasən 24-25 noyabr 2014-cü il tarixlərində  yağan leysan yağışları nəticəsində həyətləri və evləri su basması, elektrik dirəklərinin dəyişdirilməsi, ünvanlı sosial yardım, torpaq və digər məsələlərlə əlaqədar olmuşdur. 24-25 noyabr 2014-cü il tarixlərində  yağan leysan yağışları nəticəsində su basma ilə əlaqədar 89 müraciət yerində  araşdırılmış akt tərtib olunaraq FHN-nin Cənub Regional şöbəsinə göndərilmişdir.
Bunuda qeyd etmək lazımdır ki, son dövrlərdə dünyada baş verən iqlim dəyişkənliyi nəticəsində təbii fəlakətlərin baş verməsi qaçılmazdır, həmçinin gündəlik həyatda baş verə biləcək hadisələri qabaqcadan heç kim bilə bilməz bunun üçün daşınmaz əmlakın sığortalanması vacib şərtdir.
2014-cü ildə Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ərazidə  2 dəfə vətəndaşlarla səyyar görüş keçirmiş və həmin görüşdə 483 nəfərdən artıq vətəndaş iştirak etmişdir. Səyyar qəbul-görüşdə 15 nəfər çıxış edərək,  18 təklif irəli sürülmüşdür. Qaldırılan bütün məsələlərə operativ baxılmış, təkliflərin icrası demək olar ki, təmin edilmiş, 2 saylı Boradigah qəsəbə tam orta məktəbinin  yeni binasının tikilməsi və Boradigah qəsəbəsində uşaq bağçasının açılması ilə bağlı müraciətlər rayon İcra hakimiyyətinin  başçısı cənab Rafil Hüseynov tərəfindən nəzarətə götürülərək Dövlət Proqramına salınması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Müraciətlərin icrası barədə vətəndaşlara məlumat verilmişdir.
Nümayəndəlik tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun dan irəli gələn vəzifələrin yerinə yetirilməsində daima diqqət mərkəzində saxlanmış  bu sahədə məktəb rəhbərliyinə yaxından köməklik göstərmişdir.
Boradigah qəsəbə  ərazisində üç tam orta məktəb, bir ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 1458 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 123 müəllim məşğul olur. 2013-2014-cü tədris ilində məktəblər üzrə 99 məzun buraxılmışdır. Həmin məzunlardan 25 nəfər ali məktəblərə daxil olmuşdur. Ən yüksək nəticəni Mollaoba tam orta məktəbi göstərmiş, 28 məzundan 8 məzun ali məktəbə daxil olmuşdur. Hesabat ilində ərazi nümayəndəliyi tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə, tədrisin keyfiyyətinə nəzarət olunmuşdur.
Boradigah qəsəbəsində fəaliyyət göstərən 15 çarpayılıq xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir. Xəstəxanada 70 nəfər tibb personajı çalışır. Onlardan 15 nəfəri ali təhsilli həkimdir. Xəstəxanada doğuş, terapiya, uzi, labaratoriya, rentgen şöbələri fəaliyyət göstərir. Hesabat və səyyar qəbul görüşlərdə Boradigah  Xəstəxananın əsaslı təmiri ilə bağlı mütəmadi olaraq təkliflər irəli sürülmüşdür. Rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun səyi və yaxından köməkliyi nəticəsində xəstəxana müasir qaydada əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Boradigah qəsəbə xəstəxanası ərazidə bütün peyvəndləri vaxtında aparmış, məktəblilər arasında vərəmə qarşı mantu tədbirini həyata keçirmiş, 1-ci sinifdən 6-cı sinfə qədər olan uşaqlarda qurd xəstəliyinə qarşı dərman verilmiş, yeni doğulmuş uşaqlara yaşa uyğun polimelit, difteriya-tetanus, göyöskürək-hib, qızılca xəstəliklərinə qarşı profilaktik peyvəndlər aparılmışdır. Ümidvarıq ki, bundan sonra da həkimlərimiz əhaliyə göstərilən səhiyyənin xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü  də bir sıra əlavə  tədbirlər həyata keçirir. Bu məqsədlə, hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilir. Turnirdə  ətraf ərazilərin futbol komandaları iştirak edirlər, ənənəvi olaraq qaliblərə rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və xeyriyyəçilər tərəfindən pul mükafatları verilir. Demək olar ki, bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğat işləri və  söhbətlər aparılır, çalışırıq ki, gənc nəsil əsil Azərbaycan vətəndaşı kimi yetişsin. Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə, onların orduya çağırışına xüsusi diqqət edirik. Bunu da qeyd etmək yerinə düşərdi ki, bəzi halda din pərdəsi altında öz möhvumatçılıq niyyətlərini həyata keçirmək üçün gənclərimizdən istifadə olunur. Bununla əlaqədar belə insanlara qarşı daha sərt tədbirlər görülməlidir və görüləcəkdir. Bunu hamı bilməlidir ki, din dünyagörüşüdür, mənəvi paklıq və ruhumuzla bağlı olan bir məsələdir və bizim dinimizin heç bir reklama və  avantürüzmə ehtiyacı yoxdur.
Son illərdə  ərazidə azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilmiş, hazırda ərazi üzrə belə halın baş verməsi müşahidə edilməmişdir. Biz dəfələrlə bütün tədbirlərimizdə bu vacib məsələyə toxunmuşuq və valideynlərə öz övladlarını erkən nigaha girməməyi tələb etməklə bunun arzu olunmaz fəsadlara gətirib çıxarması nəzərlərinə çatdırılmışdır.
2014-cü ildə qanunçuluğun qorunması sahəsində  görülən işlərdən danışarkən  onu da qeyd etməliyəm ki, ərazidə torpaqların zəbt olunması və pay torpaqlarda qanunsuz olaraq  tikilən evlər barədə  tərəfimizdən müəyyən işlər görülmüşdür. 33 zəbt edilmiş torpaq və 27 pay torpaq sahəsində tikilən evlər barədə müvafiq sənədlər Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinə göndərilmişdir. Zəbt edilmiş torpaqlardan 8 vətəndaşın tikili altı torpaq sahəsi alqı-satqı edilmişdir. Görülən tədbirlər bu il də davam etdiriləcəkdir.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2736 ha torpaq sahəsi vardır. Əsas torpaqlar kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olan 17 fermerin əlində cəmləşib. Boradigah qəsəbə ərazi nümayəndəliyində 2784 baş iri buynuzlu mal-qara bundan 1162 baş ana mal, 3602 baş xırda buynuzlu mal-qara  vardır.  Sahə baytar həkimləri tərəfindən ərazidə vaxtlı-vaxtında mal-qara arasında müxtəlif heyvan xəstəliklərinə qarşı dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılır. Amma əkinçilik demək olar ki, unudulub. Hər il ərazimizdə 100 ha-dan artıq taxıl əkilir ki, bu da lazımi effekti vermir. Çünki, ərazimiz vaxtilə tərəvəzçilik sahəsində ixtisaslaşmışdır. Bu gün Boradigah ərazisində təqribən 800 ha-dan artıq əkinə yararlı torpaq vardır ki, həmən torpaqlardan düzgün istifadə edilərsə, vətəndaşlarımız böyük fayda götürə bilərlər.
Respublikamızda sahibkarlığa yaradılmış münbit şərait nəticəsində ərazidə sahibkarlıq sürətlə inkişaf edir. Ərazidə  172 sahibkarlıq obyekti fəaliyyət göstərir ki, bu da böyük göstəricidir.  Qəsəbədə 1 həftə bazarı, 2 şadlıq evi, 2 taxta satışı məntəqəsi, 2 yanacaqdoldurma və 1 qazdoldurma məntəqələri, 4 müasir tipli yeməkxana, 1 mebel evi və digər müxtəlif ticarət obyektləri fəaliyyət göstərir. Qəsəbədə fəaliyyət göstərən bazarda səliqə sahman işlərinin olmadığı nümayəndəliyin diqqət mərkəzində saxlanılır, cari ildə bazarda və bazar ətrafında bələdiyyə ilə birlikdə geniş quruculuq işlərinin aparılması nəzərdə tutulmuşdur.
           Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, dünyada iqlimin dəyişilməsi təbii fəlakətlərin baş verməsinə səbəb olur. Baş verə biləcək təbii fəlakətlər və gündəlik həyatımızda baş verən gözlənilməz yanğınlar vətəndaşların daşınmaz əmlakına ziyan vurur və onları çətin vəziyyətə salır. Bunun üçün daşınmaz əmlakın sığorta olunması vacib şərtdir. Rayon İcra hakimiyyəti başçısının tapşırığı əsasında tərəfimizdən bu məsələ ilə əlaqədar         nəfər maarifləndirilmiş və açılmış qeydiyyat kitabında həmən şəxslərə imza etdirilmişdir. Buna baxmayaraq vətəndaşlarımız tərəfindən bu işə laqeyid münasibət davam edir.
  Boradigah qəsəbə inzibati ərazi dairəsində elektron ATS, Poçtamt da fəaliyyət göstərir. Onların nümayəndələrinin işindən  əhali razılıq edirlər. Lakin rabitə xidmətində müəyyən işlər görülməlidir. O da ondan ibarətdir ki, rabitə xətləri olduqca köhnəlmiş və  telefon dirəklərinin əksəriyyəti yararsızdır. Bu da tez-tez telefon xətlərinin qırılması ilə nəticələnir. Buna görə də rabitə xidməti təsərrüfatında təmir işlərinin aparılması vacibdir. Bununla bağlı rayon Telekommunikasiya Qovşağına müraciət olunmuşdur.
Boradigah qəsəbə ərazisində “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq kommunal xidmətin təşkili üçün müəyyən işlər görülmüş, lakin bu sahədə hələ çox illər görülməlidir. Boradigah bələdiyyəsi bu məqsədlə təsərrüfatların müəyyən hissəsi ilə müqavilə bağlamış, lakin zibillərin  daşınması yenə də köhnə qayda ilə davam edir. Yəni, ayda bir neçə dəfə bələdiyyə tərəfindən ayrılmış texnika zibilləri yığır və daşıyır. Bu isə qəsəbə üzrə bərk məişət tullantılarının  tamamilə daşınması deyildir. Ona görə ki, zibillərin daşınmasında ardıcıl iş görülmür, bələdiyyə üzvləri  də bu vacib məsələyə bir qədər laqeyid münasibət göstərirlər. Ümidvarıq ki, bələdiyyənin yeni tərkibi formalaşdıqdan sonra öz işini yenidən quracaqdır. Bunun üçün bələdiyyə əhalidən alınan torpaq və əmlak vergilərinin yığılmasında öz fəallığını artırmalı və öz büdcəsini təşkil etməlidir. Ərazi nümayəndəliyi  ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur. Bizim  əlbir işimiz nəticəsində Boradigah-Qumbaşı yolu kənarında ağaclar əkilmiş və bu ağacların qorunması üçün dəmir məftillər çəkilmişdir. Bu işə artıq  2 ildir ki, başlanılmış, 2014-cü ildə isə həmin sahədə 250 küknar şamı əkilmişdir. Qəsəbənin qəbiristanlıq sahəsi genişləndirilmiş, bələdiyyənin və xeyriyyəçilərin köməkliyi ilə  kənarları daş hasara alınmışdır. Həmçinin, ərazimizin “Çaylıq” adlanan sahəsində qonşu Qəzvinoba kəndi ilə sərhəd kanal qazılaraq əraziyə gələn sel sularının axıdılması Boradigah çayına birləşdirilmişdir.
         2014-cü ildə Boradigah Xəstəxanası əsaslı təmir olunaraq istifadəyə verilmiş,  qəsəbənin H,Aslanov küçəsi S.Zülfüqarov küçələri asfaltlaşdırılmış, qaz xətləri, işıq dirəkləri, kanalizasiya xətləri yenidən qurularaq nümunəvi küçə yaradılmışdır. Ümumilikdə isə 2014-cü ildə ərazimizdə 1000 metr asfalt işi görülmüşdür.
         2014-cü ilin yadda qalan hadisələrdən biridə Azərbaycan Respublikasında keçirilən Bələdiyyə  seçkiləri olmuşdur . Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazımi avadanlıqlarla təchiz etmiş, səs vermə hüququ olanların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir. Bələdiyyənin yeni tərkibi əsasən gənclərdən və qadınlardan ibarətdir bu da ümidvarıq ki, bələdiyyənin fəaliyyətinə müsbət təsir göstərəcəkdir. 
2014-cü ildə gördüyümüz işlərlə yanaşı 2015-ci ildə görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz  də çoxdur. Belə ki, Boradigah qəsəbəsinin təzə yaşayış sahəsinin  içməli suya olan  ehtiyacının ödənilməsi üçün tədbirlərin görülməsi,  2 saylı Boradigah qəsəbə tam orta məktəbin yeni binasının tikilməsi , Boradigah qəsəbəsində uşaq bağçasının açılması,  elektrik təsərrüfatında və rabitə xidmətində təmir işlərinin aparılması,  qəsəbənin küçə yollarının  təmiri  qarşıda duran vəzifələrimizdəndir.
Hesabat yığıncağında iştirak edən ağsaqqallardan rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, Boradigah qəsəbə Ağsaqqallar Şurasının sədri Balağa Hacıyev, ziyalılardan Boradigah qəsəbə 2 saylı tam orta məktəbin direktoru Nurməmməd Ağayev, Mollaoba kənd tam orta məktəbinin direktoru Vidadi Nəsirov, sakinlərdən Əli Muxtarov, İdrak Hacıyev və başqaları çıxış edərək 2014-cü ildə Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fəaliyyətini müsbət qiymətləndirmiş və 2015-ci ildə cari məsələlərin müsbət həll olunmasına ümid etdiklərini bildirmişlər

             Hesabat yığıncağında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2014-cü ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artmaqdadır. Bunun bariz nümunəsi olaraq deyə bilərəm ki, 2014-cü ildə Boradigah qəsəbəsində Boradigah qəsəbə sahə xəstəxanasının əsaslı təmir olunması və müasir standartlara uyğun olduğunu vurğulamışdır.
             Natiq bu ildə Boradigah qəsəbəsində insanların rifah halının yaxşılaşdırılması və mövcud problemlərin həll olunmasında inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətində dönüş yaradacağına inandığını bildirərək bu işdə onlara uğurlar arzulamışdır.

Keçidlər