Şriftin ölçüsü :

Saytın rəngi :

Belarus Respublikasının Prezidenti Aleksandr LUKAŞENKONUN Atabala Həzi oğlu Hacıyevə Belarus Respublikasının alman-faşist işğalından azad olunmasının 70 illiyi münasibətilə təbrik məktubu

20 yanvar 2015 | 16:00

Hörmətli Atabala Həzi oğlu Hacıyev!
Belarus Respublikasının alman-faşist işğalından azad olunmasının 70 illiyi və Belarus Respublikasının Müstəqillik Günü (Respublıka Günü) münasibətilə səmimi təbrikimi qəbul edin.
Böyük Vətən müharibəsi belarus xalqının tarixi yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunub, hansı ki, zəfər və faciə, günahsız qurbanlara görə kədər, qələbə sevinci, düşmənlə müqəddəs mübarizədə qalib gələn xalq iradəsi qaşısında səcdə – qırılmaz tellərlə bir-birinə bağlıdır.
Yeddi on il - tarixi baxımdan bir andır, lakin insanlıq baxımından bütöv bir həyatdır. Ötən illərdə belarusların neçə nəsli doğulub və böyüyüb: müharibə dəhşətlərini bilmədən. Bu böyük xoşbəxtlik üçün biz Sizə, o vaxt Vətənimizin müstəqilliyini qoruyan hər kəsə borcluyuq. Təsadüfi deyil ki, faşist işğalından azad olunduğumuz Böyük gün suveren Belarusda əsas milli bayrama – Müstəqillik Gününə çevrilib.
Qələbədə və ölkənin müharibədən sonrakı dirçəlişində göstərdiyiniz şücaətə görə Sizin qarşınızda baş əyirik və səmimi təşəkkürümüzü bildiririk.
Sizin böyük rəşadətinizi təhrif etməyə və ya kiçiltməyə heç kəsə imkan vermərik, sülhün və doğma vətənin rifahı keşiyində inamla dayanacağıq! Lazım gəlsə, hamımız bir nəfər kimi onun müdafiəsinə qalxarıq, necə ki, Siz o dəhşətli uzaq illərdə durdunuz. Qoy müstəqil, güclü, çiçəklənən Belarus əsrlər boyu qaliblər nəslinin abidəsi olsun!
Sizə möhkəm cansağlığı, tükənməz enerji, ruh yüksəkliyi, rifah halı və uzun ömür arzu edirəm!

Aleksandr LUKAŞENKO,
Belarus Respublikasının Prezidenti.

Keçidlər