Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 20 Yanvar şəhidlərin həsr olunmuş “Şeir” müsabiqəsi

20 yanvar 2021 | 16:00

Masallıda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şeir” müsabiqəsinə yekun vuruldu.
       13-19 yanvar 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında  keçirilən , “20 Yanvar – Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “Tariximizə qara hərflərlə yazılmış gün ” mövzusunda onlayn “Şeir”  müsabiqəsinə yekun vuruldu.
       Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar faciəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu ictimaiyyətə çatdırmaq, həmçinin uşaqlar və yeniyetmələrin bədii yaradıcılıq potensialının inkişaf etdirməkdən ibarərdir..
Qeyd edək ki, müsabiqədə iştrak edərək uğurlu nəticələr əldə etmiş iştrakçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaqdır.

Keçidlər