Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşməsinə start verildi

20 yanvar 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 19 yanvar 2021-ci il tarixdən ölkə ərazisində COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesinə başlanılmışdır. Artıq bir sıra şəhər və rayonlar kimi Masallı rayonunda da vaksinləşmə prosesinə start verilmişdir.
  Qeyd etdiyimiz kimi ilkin olaraq Masallı rayonunda tibb işçilərinin COVİD-19 infeksiyasına qarşı vaksinləşməsinə başlanmışdır. Hazırda 109 tibb işçisi peyvənd olunmuş və proses davam etdirilir. Bildiririk ki, 109 nəfərdən 8 nəfəri 65 yaşdan yuxarı, 36 nəfəri 50-65 yaş arası və 65 nəfəri isə 50 yaşadək olan tibb işçiləridir.

Keçidlər