Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA NOVRUZ ŞƏNLİYİ QEYD EDİLDİ

15 mart 2015 | 16:00

15 mart 2015-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.

             Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.

             Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış oldu və bayram tonqalına alov vuraraq möhtəşəm bayram tədbirini açıq élan etdi.

            Əvvəlcə tədbir iştirakçılarını Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa salamlayaraq xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdi.

             Sonra Kosa və Keçəlin yumoristik səhnələri və bayram əhvalında bəzədilmiş fayton, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.

             Tədbirin sonunda N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin, “Həcər” qrupunun ifası və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin ifası ilə geniş konsert proqramı təqdim olundu.

Keçidlər