Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımını unutmadıq" mövzusunda inşa müsabiqəsi

25 fevral 2021 | 16:00

Masallıda "Xocalı soyqırımını unutmadıq" mövzusunda inşa müsabiqəsinə yekun vuruldu.

16-24 fevral tarixlərində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 26 Fevral- "Xocalı faciəsinə həsr olunmuş "Xocalı soyqırımını unutmadıq" mövzusunda 13,14,15,16 yaşlı yeniyetmələr arasında inşa-yazı müsabiqəsi keçirildi. Müsabiqənin məqsədinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir. Müsabiqənin yekun nəticəsinə əsasən Əzimova Sevanə Bəhruz Qızı I yer, Kərimova Aysu Emin qızı II yerə, Rzayeva Aynurə Famil qızı III yerə layiq görüldülər. Fərqləndiyinə görə isə Təhməzli Zeynəb Seyidhəsən qızı və Şükürlü Fəridə Asim qızı fərqlənmə diplomları ilə mükafatladırıldı. Müsabiqədə qalib gəlmiş iştirakçılar Masallı Gənclər Evi tərəfindən diplomlarla mükafatladırılmışdır.

Keçidlər