Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Taekvondo idman növü üzrə rayon birinciliyi

19 aprel 2021 | 16:00

Masallıda Taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilmişdir

10-19 aprel 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvondo Mərkəzində Koronavirus (COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş uşaqlar, yeniyetmələr və gənclər (oğlan və qızlar) arasında Taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və pandemiya dövründə idmançıların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Üç yaş qrupu üzrə təşkil edilmiş rayon birinciliyində, uşaqlar arasında , Bayramov Tunar Nurlan oğlu birinci yerə, Sadıqlı Hüseyn Bəhruz oğlu ikinci yerə, Şahverdiyev Murad Babək oğlu və Əsədullayev Ramid Amid oğlu üçüncü yerlərə ,yeniyetmələr arasında , Xəlilov Adıgözəlov Elvin oğlu birinci yerə, Dadaşov Əli Rəfi oğlu ikinci yerə, Sucayev Fuad Kamran oğlu üçüncü yerə, gənclər arasında , Vəliyev Rahid Nahid oğlu birinci yerə , Əzizova Sevda Xəyal qızı ikinci yerə, Rəhimli Əli Elşən oğlu üçüncü yerə layiq görülmüşlər.

Birincilikdə qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

 

Keçidlər