Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2015-ci ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

15 iyul 2015 | 15:00

İyulun 15-də Masallı şəhər Heydər Əliyev Mərkəzində 2015-ci ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı  keçirilmişdir.
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq toplantı iştirakçılarının salamlamış, 2015-ci ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki,
         Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 13 iyul  2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2015-ci ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı təmin olunmuşdur. 
        Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2015-ci ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, şəhərin 3,3 kilometrlik N.Gəncəvi (M.Talışxanov) küçəsi genişləndirilmiş, yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması və yaşıllıq zolağının salınması başa çatdırılmışdır. Qurtuluş, R.Abbasov küçələrində də eyni işlər yekunlaşmışdır. Habelə Masallı şəhərinin mərkəzi küçələrinin 7 kilometrində asfaltlanma başa çatdırılıb. 1,5 kilometr olan Digah küçəsində bu tədbirə hazırlıq görülür. Viləş Park Bulvar kompleksinin tikintisi də sürətlə davam etdirilir.
İlin birinci yarısında rayon məşğulluq mərkəzinə 137 nəfər müraciət edib, ondan 86 nəfəri (25 qadın) işlə təmin olunub. Məhsul istehsalı və xidmətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 237.297 min manat olub. Sənaye məhsullarının həcmi 1,8 faiz, kənd təsərrüfatı istehsalı 2 faiz, pullu xidmətin həcmi 5,7 faiz artmışdır.
Birinci yarımildə yerli gəlirlər 14 milyon 266,3 min manata qarşı 16 milyon 530,3 min manat, xərclər isə 94,7 faiz icra olunmuşdur. Sahibkarlara 144 layihə üzrə 990 min manat kredit verilməsi fəaliyyət dairəsinin genişlənməsinə və 164 iş yerinin açılmasına şərait yaratmışdır.
Kənd təsərrüfatında ümumi məhsul istehsalı uyğun olaraq ötən il 49.298 min manatlıq idisə, 2015-ci ilin müvafiq dövründə 50.318 min manatlıq olub. İlin birinci yarısında qaramal 73.395 baş, davarlar isə 82.542 baş olub. Hesabat dövründə süd istehsalı 26.826,6 tona, ət istehsalı 3.198,8 tona, yumurta tədarükü 35.157 minə çatıb. 11.891 hektar taxıl, 1282 hektar kartof, 515 hektar bostan, 2541,3 hektar tərəvəz əkilmişdir.
2015-ci il cənab İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Bununla əlaqədar olaraq Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, tərəvəzçiliyin inkişafı, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdəndir. Yaşıl marketin yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayacaq. Qızılağac və Kolatan kəndlərində “Azərsun” Holdinq tərəfindən 100 hektar tərəvəz və 100 hektar çay plantasiyası bu istiqamətdə ciddi inkişafdan xəbər verir. Tərəvəzçilikdə 300 yeni iş yeri açılmışdır. Yaxın gələcəkdə bu sahəni min hektara, çay plantasiyalarını 1200-1400 hektara çatdırmaq nəzərdə tutulub. Bu, çayçılıqda yaxın vaxtda 500 yeni iş yeri deməkdir.
Viləşçay Su Anbarı İstismar İdarəsi kanallarda 76 min kubmetr həcmində və 17 kilometr uzunluğunda lildən təmizləmə işi görmüş, qapalı suvarma şəbəkələrində təmir aparmışdır. Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 20 hektarda meşə səpini və əkini aparmış, 20 hektar meşəlik kollardan təmizlənmişdir. Baytarlıq idarəsi heyvanlar arasında xəstəliklərə qarşı mütəmadi peyvənd və digər zəruri tədbirləri həyata keçirmişdir.
Masallı Elektrik Şəbəkəsi tərəfindən 10/04 kvt-lıq xətlərdə təmir işi görülmüş, 74 dəmir-beton, 22 ağac dirək təzələnmişdir. Kəndlərin elektrik təsərrüfatinda SİP kabelləşmə gedir.
Təbii qazın istehlakı ötən ilin müvafiq dövrünə nisbətən 831 min kubmetr, pul yığımı 5,1 faiz artmışdır. Dövlət Proqramı çərçivəsində rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə qaz xəttinin çəkilməsinə başlanıb. Hesabat dövründə Qədirli, Xallıcallı, Kolatan, Səmidxan və Ətcələr kəndlərinin qaz xətti istifadəyə verilib. Hazırda Xıl, Sərçuvar, Yeddioymaq, Qasımlı, Şıxlar, Təzəkənd, Öncəqala, Hüseynhacılı kəndlərində bu iş davam etdirilir.
Masallı şəhərinin içməli su və kanalizasiya xəttinin çəkilişi üç ildir ki, davam edir. Muğan zonası və Qızılağac istiqamətində 42 kəndə su çəkilir. Mənbəyini Viləşçay anbarından alan bu xətt vasitəsilə kəndlərin bir neçəsi ilin sonunadək keyfiyyətli içməli su ilə təmin olunacaq.
Mənzil Kommunal TİB gündəlik sanitar-təmizləmə işinin həcmini 340 min kvadratmetrə çatdırıb. Küçə-prospektlərdə yağış sularının kənar edilməsi üçün axarların təmizlənməsi istiqamətində işlər davam etdirilir. Yaponiyanın ölkəmizdəki səfirliyinin köməyi ilə bir neçə gün əvvəl məişət tullantılarının emalı poliqonu istifadəyə verildi.
Son illər Masallıda 47 məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand məktəblərinin tikintisinə hazırlıq görülür. Olimpiya İdman Kompleksi tərəfdən Masallının giriş qapısı olacaq. Burada Bayraq meydanı yaradılır, Nizami küçəsi yenidən qurulur, polis binası artıq istifadədir, payon məhkəməsi, regional “ASAN” xidmət, mühafizə və kənd təsərrüfatı idarəsi üçün binaların tikintisi davam etdirilir.
  Hesabat yığıncağında çıxış edənlərdən Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, Masallı rayon Maliyyə idarəsinin müdiri Azər Abdullayev, Masallı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Ərzuman Hüseynov və başqaları 2015-ci ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.

Keçidlər