Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 15 İyun - Milli Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunub

15 iyun 2021 | 16:00

15 iyun 2021-ci il tarixdə Masallı rayonunda 15 İyun - Milli Qurtuluş Günü bir sıra tədbirlərlə qeyd olunub, silsilə tədbirlər həyata keçirilib.
Ara məsafəsi gözlənilməklə əvvəlcə Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzülüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət və media nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən tarixi fotoşəkillərə, sənədlərə tamaşa olunub.

Keçidlər