Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərinin Qəhrəmanlar Parkında Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri ziyarət olunub

15 iyun 2021 | 16:00

15 iyun 2021-ci il tarixdə ara məsafəsi gözlənilməklə Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkı böyük ehtiramla ziyarət olunub. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar və gənclər, ictimaiyyət və media nümayəndələri şəhərimizin Qəhrəmanlar Parkındakı Birinci və İkinci Qarabağ müharibəsində igidlik nümunəsi göstərən 246 masalılı şəhidin adları olan abidənin önünə təzə-tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Keçidlər