Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi

27 sentyabr 2021 | 16:00

Masallıda Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi keçirilib

25-26 sentyabr 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Masallı rayon Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin idman zalında torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə və Anım gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

Yarışın mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlfağa Yaqubov çıxış edərək ,yarışın əsas məqsədinin 44 günlük vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, rayonda Yunan-roma güləş idman növünə olan marağı daha da artırmaq prespektivli idmançıların üzə çıxarılmasından ibarət olduğunu bildirmişlər.

20 çəki dərəcəsində 150 nəfərə yaxın uşaqlar , yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsitərəfindən diplom və medallarla təltif olunmuşdur .

Keçidlər