Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tir-atıcılığı üzrə rayon birinciliyi

29 aprel 2016 | 16:00

29 aprel 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə  təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Tir-Atıcılığı üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştrakçıları salamlamış və bu  oyununun keçirilməsində məqsədin ümummilli lider Heydər Əliyevun xatirəsini əziz tutmaq və  yeniyetmə və gənclərlə  aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin vətənə məhəbbət,milli mənəvi dəyətlərə hörmət hissinin gücləndirilməsi onların ordu sıralarına xidmətə hazırlığını  təmin etməkdən ibarət olduğunu bildirdi.
Yarışın yekununda keçirilən yarışda bütün oyunları müvəffəqiyyətlə başa vuran  Qəriblər kənd tam orta məktəbinin komandası I yerə, Ə.Əsgərov adına Köhnə Alvadı kənd  tam orta məktəbin komandası II yerə, S.Rzayev adına Böyük Kolatan kənd   tam orta məktəbin komandas və Kosakül kənd tam orta məktəbin komandası müvafiq olaraq  III yerlərə  layiq görülmüşlər
Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla  mükafatlandırılmışdır.

Keçidlər