Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək

27 may 2016 | 16:00

24 -27 may 2016-cı il tarixlərdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlərin İnkişaf Proqramının birgə təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsi çərçivəsində Masallı rayonunda qadınların və gənclərin fəal iqtisadi və sosial iştirakı üçün təkmilləşdirilmiş imkanlar mövzusunda təlimlər keçirilmişdir.
Təlimlərin məqsədi kiçik biznes layihəsi təklifləri ilə müşayiət edilən (“Biznes Plan Yarışı”), şirkətin yaradılması və rəhbərlik etdiyi yeni sahibkarlıq subyektlərinin inkişafına təkan verilməsi və 10 ən yaxşı kiçik biznes layihəsi təkliflərinə natura formasında dəstək verməkdir.

Keçidlər