Şriftin ölçüsü :

Saytın rəngi :

KARATE ÜZRƏ RAYON BİRİNCİLİYİ

16 yanvar 2017 | 16:00

16 yanvar 2017-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində Yeni Azrbaycan Partiyası Masallı rayon təşkilatının rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Kyokuşinkai” karate idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.
  Yarışda 1999-2007-ci il təvəllüdlü idmançılar qüvvəsini sınamışlar. İdmançıladan Əhməd Əliyev, Xatirə Dadaşova, Tural Əliyev, İsmayıl Quliyev, İbrahim Zeynallı, Rahid Məhərrəmov, Yusif Əzizov müxtəlif çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
  Rayon birinciliyində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov, rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları iştirak etmiş, qalibləri diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırmışlar.

Keçidlər