Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 4 saylı orta məktəbində Xocalı soyqırımı ilə bağlı tədbir

22 fevral 2017 | 16:00

22 fevral 2017-ci il tarixdə Masallı şəhər 4 saylı tam orta məktəbində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.
Faciənin 25-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində məktəbin pedaqoji kollektivi, şagirdlər, Masallı RPŞ, SHXÇDX, RTŞ, MƏSQ rayon təşkilatının nümayəndələri, KİV təmsilçiləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Dövlət Himni səslənmiş, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Məktəbin hərbi-hazırlıq müəllimi Rafiq Abbasovun təşkilatçılığı ilə məktəblilər faciəni əks etdirən kompozisiya təqdim etmişlər. Məktəbin direktoru Namik Ağayev Xocalı faciəsini erməni silahlı qüvvələrinin bəşəriyyətə qarşı işləmiş olduqları soyqırımı cinayəti kimi xarakterizə etmiş, belə tədbirlərin tariximizin yaşadılması, milli faciələrimizin unutdurulmaması baxımından əhəmiyyətini vurğulamışdır.
Sonda tədbirdə iştirak edən təşkilatların təmsilçiləri çıxış edərək Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün görülən işlərdən danışmış, ədəbi-bədii kompozisiyanı hazırlayanlara təşəkkür bildirmişlər.

Keçidlər