Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlarla görüş

22 fevral 2017 | 16:00

22 fevral 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vergi məcəlləsinə edilmiş əlavə bə dəyişikliklər, mövcud problemlər və onların həlli yolları barədə” sahibkarların maarifləndirilməsi mövzusunda tədbir keçirilmişdir.
  Tədbirdə idarə və müəssisə rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Vergilər Məcəlləsində dəyişikliklər edilməsi haqqında 16 dekabr 2016-cı il tarixli Qanununu dövlətin sahibkarlara yeni bir qayğısı kimi dəyərləndirmiş,  bildirmişdir ki, bu, vergi ödəyicilərinin xeyrinədir, sahibkarlığın inkişafına təkandır.
Natiq vurğulamışdır ki, dövlət dotasiyası almayan rayonların, o cümlədən Masallının özünütəminatı üçün vergilərin vaxtında ödənilməsi çox vacib məsələ kimi gündəmdə olmalıdır.
6 saylı Ərazi Vergilər İdarəsinin direktoru səlahiyyətinin icraçısı, vergi xidməti müşaviri Vəlahəddin Yunsurov məruzəsindəbildirdi ki, 16 dejkabr 2016-cı il tarixli Qanuna əsasən vergi məcəlləsinə 201 dəyişiklik, 115 maddə əlavə edilmiş, 83 maddəyə dəyişiklik edilməklə, 3 maddə ləğv edilmişdir.
Sözçü Masallı rayonu üzrə müəyyən olunmuş vergi proqnozu barədə məlumat vermiş, bildirmişdir ki, 2016-cı ildə bu proqnoza 102, yanvar ayında 106 faiz əməl edilmişdir.
“Fəxrəddin-kərpic” kərpic zavodunun direktoru, sahibkar Fəxrəddin Baxışovun sualları cavablandırılmışdır.

Keçidlər