Şriftin ölçüsü :

Saytın rəngi :

QASIMLI VƏ İKİNCİ YEDDİOYMAQ KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLDİ

17 mart 2017 | 16:00

17 MART 2017-ci il tarixdə Masallı rayonu Qasımlı və İkinci Yeddioymaq kəndlərinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.
Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Şükürov açmışdır.
Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən təqaüdçü müəllim Eyvaz Məcidov, Yeddioymaq kənd orta məktəbinin müəllimi Dilarə Paşayeva və başqaları çıxış edərək əraziyə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Nağıyev bildirmişdir ki, Qasımlı və İkinci Yeddioymaq kəndlərinin qazlaşdırılması üçün müxtəlif diametrli 44, 27 paqonometr müxtəlif borularla qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Qasımlı kəndində 483, İkinci Yeddioymaq kəndində isə 282  ailəyə təbii qaz verilmişdir.
Tədbirdə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırılmışdır.

Keçidlər