Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn Rinq” İntellektual Oyunu üzrə rayon birinciliyi

18 aprel 2017 | 16:00

18 aprel 2017-ci il tarixdə   Masallı rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN Həyat İntellektual İnkişaf Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  Masallı rayon tam orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında  “Breyn rinq” intellektual oyunu üzrə Rayon birinciliyi keçirilmişdir.
  Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək yarışın iştirakçılarına uğurlar arzuladı və bildirdi ki, bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəviyyatında və vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir: Elə bunun bariz nümunəsidir ki, bugünkü tədbirdə də gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz rayonumuzun hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş intellektual  bilik yarışında 100 nəfərə yaxın  gənc öz bilik və bacarıqlarını , intellektual səviyyələrini sınamışlar.
Yarışın yekununda   F.Xancanov  adına  Musaküçə kənd  tam orta məktəbinin “Uğur” komandası  I yerə, C.Qasamov adına Banbaşı  kənd tam orta məktəbinin  “Banbaşı” komandası II yerə, S.Vurğun adına Türkoba  kənd  tam orta məktəbin  “Qartal” komandası III yerə layiq görülmüşlər.
    Rayon  birinciliyində  qalib gəlmiş    komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  kubok və  diplomla  təltif olunmuşlar.

Keçidlər