Şriftin ölçüsü :

Saytın rəngi :

ŞATIROBA KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

10 may 2017 | 16:00

10 may 2017-ci il tarixdə Masallı rayon Şatıroba kəndində yeni məktəb binasının açılışı mərasimi olmuşdur.

Tədbiri giriş sözü ilə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etmişdir ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.
Kənd ağsaqqalı Bayraməli Əsgərov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunduğu bugünkü bayram günlərində həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına, rayon rəhbərinə dərin minnətdarlıq bildirdi.
Valideyn Gültəkin Sadıqova, məktəbin müəlliməsi Ülviyyə Səfərova və baçqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov toplaşanları salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 99 məktəbdən 40-a yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 20-yə yaxını son dörd ilin payına düşür. Şatırobada layihənin həyata keçirilməsi sevindirci haldır. Belə tədbirin reallaşğını açıqlayan sözçü bu əziz bayram günlərində hamının adından Prezident cənab İlham Əliyevə, Birinci Vitse-prezident və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
  Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Sinif otaqlarına baxış keçirildi. 180 yerlik  Şatıroba kənd ümumi orta məktəbində sinif otaqları, laboratortiya, kompüter, kitabxana, direktor və müəllimlər, tibb, psixoloq, texniki və hərbi otaqları, idman zalı, geniş bufet-yeməkxana mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.

Keçidlər