Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ağıl Dəryası” İntellektual bilik yarışı üzrə rayon birinciliyi

23 may 2017 | 16:00

23 may 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində “Ağıl Dəryası” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş yeniyetmə və gənclər arasında Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslin təlim-tərbiyəsinə böyük önəm verdiyi xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, bu bilik yarışı gənclərin intellektual səviyyəsini və dünyagörüşünü daha da zənginləşdirmək, Azərbaycan tarixini və mədəniyyətini geniş təbliğ etmək məqsədi daşıyır.
Ümumilikdə 9 komandanın iştirak etdiyi rayon birinciliyində S.Tağıyev adına Digah 4 nömrəli tam orta məktəbin komandası qalib gəlmişdir. Sonrakı yerləri S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin və F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin komandaları tutmuşlar.
Rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər