Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda turizm mövsümünün açılışı

27 may 2017 | 16:00

27 may 2017-ci il tarixdə Masallıda yerləşən "Viləş" otelində turizm sərgisi keçirilmişdir. İştirakçılar turizm obyektlərinin təşkil etdiyi sərgiyə baxış keçirmişlər.

Sərgidə “Masallı” otel, “Qamo”, “Qala”, “Gülüstan”, “Nağıllar dünyası” və s. istirahət mərkəzlərinin təqdim etdikləri təamlardan dadılmış, xidmətləri haqqında məlumat dinlənilmişdir. Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar təqdim olunmuşdur.
Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova giriş sözü ilə iştirakçıları salamlamışdır.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında Respublika Günü və yeni turizm mövsümünün açılışı ilə əlaqədar obyekt sahiblərini təbrik etmiş, son illərdə rayona gələn turistlərin sayının artmasını vurğulamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizm sektorunun müdiri Mahir Qəhrəmanov bildirmişdir ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da turizmin inkişafı sahəsində bir sıra uğurlar əldə edilmişdir.
“Viləş” otelin direktoru Anar Ağayev, “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov, “Cənub nemətləri” istirahət mərkəzinin əməkdaşı Orxan Əliyev və başqaları çıxış edərək rayonumuzda turizmin inkişafı istiqamətində şəraitin yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər.
Tədbir respublika və Masallı Regional Mədəniyyət və Turizm İdarəsi incəsənət ustalarının ifaları və musiqi proqramı ilə davam etmişdir.

Keçidlər