Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi

24 avqust 2017 | 16:00

06 iyul 2017-ci il tarixdən 24 avqust 2017-ci il tarixədək Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Həsənli kənd stadionunda 11 komandanın iştrakı ilə Qarabağ şəhidlərinin əziz xatirəsinə həsr olunmuş gənclər arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın final mərhələsi 24 avqust 2017-ci il tarixdə Həsənli kənd stadionunda keçirilmişdir.Ənənəvi olaraq hər il keçirilən bu yarış rayonda idmanın kütləviliyini daha da artırmaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq,onlar arasında dostliuq əlaqələrinin möhkəmlənməsi və şəhidlərimizin xatirəsini əziz tutmaq məqsədi daşıyır.

Yarışın yekununda bütün oyunların uğurla başa vuran Həsənli kəndinin “Həsənli” komandası və Səmidxan kəndinin “Səmidxan” komandası üz-üzə gəlmişlər. Oyunun əsas vaxtı komandalarının bütün səylərinə baxmayaraq 2:2 hesabı qəydə alınıb. Oyunda Həsənli kəndinin “Həsənli” komandası rəqibini əsas vaxta məğlub edə bilməsə də qapılara vurulan on bir metrəlik zərbələrdə Səmidxan kəndinin “Səmidxan” komandasından üstün olaraq rəqibini məğlub edərək yarışın qalıbi adına layiq görülmüşdür.

Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla, mükafatlandırılmışdır

Keçidlər