Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə” Milli intellektual Oyunu üzrə açıq rayon birinciliyi

25 avqust 2017 | 16:00

24-25 avqust 2017-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “İslam həmrəyilk” ilinə həsr olunmuş 14-29 yaşlı gənclər arasında “Xəmsə” Milli intellektual oyunu üzrə açıq rayon birinciliyi keçirilmişdir

Tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır.

Yarışda Masallı rayon gəcləri ilə yanaşı Lənkəran rayon gəncləridə öz intellektual bilik səviyələrini sınamışlar. Yarışın yekununa əsasən Masallı rayonunun “Assassins” komandası +1600 xalla birinci, “Popokatepetl” komandası +700 xalla ikinci və “Vendetta” komandası -1000 xalla üçüncü yerə layiq görülmüşlər.

Qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla, mükafatlandırılmışdır

Keçidlər