Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

30 avqust 2017 | 16:00

30 avqust 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunan İbrahimli Məhərrəm Muştuluq oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim edilməsi mərasimi keçirilib.

Masallı RİH Başçısı cənab Rafil Hüseynov əvvəlcə ölkə başçısının 21 iyun 2017-ci il Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimlini bir daha təbrik edərək, ona fəaliyyətlərində uğurlar arzulayıb. R. Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənabları  tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində “Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
Sonra  Masallı RİH Başçısı cənab R. Hüseynov “Dövlət qulluğunda fərqlənməyə görə”  medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə  RİHB-nın Xırmandalı kənd inzibat i ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimliyə  təqdim edib.
Çıxış edən dövlət qulluqçusu RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimli  onun əməyinə verilən yüksək qiymətə görə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Keçidlər