Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə bağça uşaqları təbrik edilib

01 iyun 2023 | 19:26

01 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Rayon Təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Masallı şəhər İƏD üzrə nümayəndəsinin müavini Rövşən Sarxanlı və "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov Şəhər 1 saylı uşaq bağçası, Şəhər 2, 3, 4 saylı körpələr evi- uşaq bağçası, “Viləş” və “Şəkərbala” körpələr evi-uşaq bağçasına baş çəkərək uşaqları təbrik etmiş, onlara hədiyyə vermişdir.

Məktəbəqədər təhsil müəssisələrinin müdirləri işçi heyəti və uşaqların adından göstərilmiş diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, həmçinin rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər