Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə məktəbəqədər təhsil müəssisələrində tədbir

01 iyun 2023 | 19:37

01 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin Başçısı aparatının əməkdaşları Abbas Abbaszadə, Aytən Abuşova, Nuranə Muradova,  Rayon Təhsil sektorunun əməkdaşı Əkbər Mahmudov,  müvafiq İƏD üzrə nümayəndə,  Masallı Xəbərləri MİP-nın rəhbəri Rauf Cəbiyev Ərkivan qəsəbə, Kolatan, Bədəlan, Mahmudavar kənd uşaq bağçası və  Hişkədərə kənd körpələr evi- uşaq bağçasına baş çəkərək Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təbrikini uşaqlara çatdıraraq onlara hədiyyə təqdim etmişlər.

Məktəbəqədər təhsil müəssisələrinin müdirləri işçi heyəti və uşaqların adından göstərilmiş diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər