Şriftin ölçüsü :

Saytın rəngi :

“VƏTƏNƏ VURĞUN: ÖMÜRDƏN SƏHİFƏLƏR” KİTABININ TƏQDİMATI

09 oktyabr 2017 | 16:00

09 oktyabr 2017-ci il tarixdə Masallı Rayon Mərkəzi Kitabxanasında həmyerlimiz, Azərbaycanın Əməkdar Kənd Təsərrüfatı işçisi, respublika Ağsaqqallar şurası idarə heyətinin üzvü İmran Əbilovun “Vətənə vurğun: ömürdən səhifələr” (“Araz” nəşriyyatı, 2017)  kitabının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev müəllifin ömür yolu haqqında məlumat verib, bildirib ki, İ.Əbilov qələmə aldığı 280 səhifəlik kitabda təkcə avtobioqrafik deyil, həyatımızın, cəmiyyətin, insanların, milli-mənəvi dəyərlərimizin yeri və qiyməti, habelə üzləşdiyimiz problemlərin çözülməsində yaxın məsləhətçi olmaqla ətrafdakılara – hər kəsə xeyirxahlıq missiyası bəxş edib bizlərə töhvə verir.
Ağsaqqal Loğman Quliyev, Xəlil Hüseynov, Bədəlan kənd Ağsaqqallar Şurasının sədri Həmdulla Məmmədov, Əməkdar müəllim Musarza Mirzəyev, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, rayon mərkəzi kitabxanasının müdiri Əlhəddin Nəzərov və başqaları kitabın müəllifi, uzun müddət aqrar sahədə məsul vəzifələrdə çalışmış, alim-ziyalı İmran Rəşid oğlu Əbilov haqqında xoş xatirələrini dilə gətirib, onun ərsəyə gətirdiyi dəyərli  əsərlə bağlı təəssüratlarını bölüşüblər.
Müəllifin qardaşı, Prezident təqaüdçüsü, “Tərəqqi” medallı Şirvan Əbilov tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlıq bildirib.

Keçidlər