“Zərərli vərdişlərə yox deyək! ”
12 oktyabr 2017-ci il tarixidə Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçlığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Məktəbin müəllim və şagirdlərinin, RİHB, RPŞ və RTŞ-nin əməkdaşlarının, KİV nümayəndələrinin iştirak etdiyi tədbir mövzu ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə m əktəbin direktoru Namiq Ağayev açaraq tədbirin məqsədi haqqında məlumat verib.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov narkomaniya, dini radikalizm, erkən nikah halları, onların törətdikləri fəsadlar və respublikamızda, o cümlədən, rayonda belə hallara qarşı aparılan mübarizə tədbirlərindən geniş bəhs edib, qeyd olunan problemlərlə bağlı statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis baş leytenantı Vüqar Əsgərov, RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov və başqaları bildiriblər ki, erkən nikah və narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət ərərnümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.
Dialoq şəkilində davam e dən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.