Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyəti başçısının HESABATI

12 oktyabr 2017 | 16:00

12 oktyabr 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının inzibati binasında  Masallı rayon İcra hakimiyyətinin başçısı  Rafil Hüseynovun 2017-ci ilin doqquz ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran  vəzifələrlə  həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağını geniş məruzə ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı  Rafil Hüseynov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 09 oktyabr  2017-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.
Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.
Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir.
Əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir. Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq. Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır.
Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.
Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir.
Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir.
Bu gün bölgələrdə, böyük şəhərlərdə, Bakıda quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı, sənaye zonalarının yaradılması - bütün bunlar reallıqdır. Bizim siyasətimiz ictimaiyyət tərəfindən, sahibkarlar tərəfindən bəyənilir və dəstəklənir.
Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq.
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir.
İlin sonuna üç aydan az vaxt qalır. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin.
Mən giriş sözümdə qeyd etdim ki, infrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv inkişafı təmin edilməlidir.
Bizim torpaq fondumuz məhduddur. Kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı illərdə də daim prioritet olmalıdır.
Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır. Bu proqramların çox operativ icra mexanizmləri və maliyyə resursları təmin edilməlidir.
Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək. Deməliyəm ki, mən indi bölgələrdə olarkən texnika ilə bağlı heç bir şikayət, yaxud da əlavə təklif yoxdur. Biz demək olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi texnikanın alınması davam etdirilməlidir və biz bunu edəcəyik. Amma prinsipcə hesab edirəm ki, biz bu problemi də köklü şəkildə həll etmişik.
Bölgələrdə logistik mərkəzlərin tikintisinə başlanılmışdır. Biz əslində artıq neçə ildir ki, soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıbdır. İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünki biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq, - indi mən bu barədə də danışacağam, - və belə olan halda, mütləq böyük logistik mərkəzlər tikilməlidir. Onlardan birini mən Şəmkir rayonunda olarkən görmüşəm. Əslində o logistik mərkəzin təməlini də mən qoymuşam. İndi deyə bilərəm ki, bu bölgədə ən böyük logistik mərkəz yaradılıbdır. Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq.
Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Masallıda sənaye zonaları yaradılır. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər - həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar.
Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq.
MİDA-nın - Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda böyük şəhərcik tikilir. Gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi icra olunsun.
Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır.
Deməli, ixracımız hansı səviyyədə artıb? Tərəvəz istehsalı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.
Sənaye məhsulları - qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə.
Ölkəmizin ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər. Xalq-iqtidar birliyi həmişə olduğu kimi möhkəmdir. İqtisadi göstəricilər, - bu gün müşavirədə bu göstəricilər səsləndi, - hər bir ölkə üçün nümunə ola bilər.
      Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2017-ci ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
      Ümumi uzunluğu 1,45 km olan Digah küçəsinin yenidənqurulması işləri başa çatdırılmışdır. Belə ki, həmin ərazidə  2620 p/m bordur düzülmüş və piyada səkilərinə asfalt çəkilmiş, küçənin işıqlandırma sisteminin qurulmasından ötrü 65 işıq dirəyi quraşdırılaraq istifadəyə verilmişdir.         
     Rüb ərzində şəhərin əksər küçələrində səki və bordürlərin, hasarların təmiri işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişinə başlanılmış və 700 metr məsafədə betonlanma işləri başa çatdırılmış, hazırda bu istiqamətdə işlər davam etdirlir.
     Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşmışdır. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 p/m-lik hissəsinin beton məcraya salınması işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
           2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
           2017-ci ilin doqquz ayında Masallı şəhəri ərazisində sosial təşəbbüslə 100 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Həmçinin hazırda şəhər ərazisində yerləşən Masallı “Cümə” məscidində əsaslı təmir işləri həyata keçirilir.
      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 sentyabr 2016-cı il tarixli, 2302 saylı Sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3000000,0 manat vəsait ayrılmışdır. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılmışdır. Ümumilikdə binalar üzrə mövcud olan 84 giriş bloklarında smeta sənədlərində nəzərdə tutulan bütün işlər yekunlaşmışdır. Binaların zirzəmilərinin təmiri və kanalizasiya xətlərinin yeni sistemə qoşulması işləri hazırda davam edir. 
     5,5 hektar ərazidə yerləşən yaşayış binalarının qarşısındakı yollara 950 p/m bardur düzülmüş və 20000 m2 asfalt döşənmişdir. Hazırda bu işlər davam etdirlir. Eyni zamanda binaların qarşısında müasir işıqlandırılma sistemlərinin quraşdırılmasından ötrü hazırlıq işlərinə başlanılmışdır.  Binaların qarşısında yaşıllıq zolaqları salınacaq ərazilərə torpaq materialı verilməsi tamamlanmışdır.
           Bundan əlavə 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmiri tamamlanmışdır.
         7 aprel 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin inzibati binasında  Masallı şəhərinin 2034-cü ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı işlər haqqında ictimai müzakirə keçirilmişdir. Baş planda şəhər ərazisinin zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin, yeni yaşayış ərazilərinin, çayqırağı rekreasiya və sənaye zonalarının yerləri müfəssəl qaydada işlənib hazırlanmışdır. Eyni zamanda baş plan layihəsində şəhərin mərkəzindən keçən çayın üzərində yeni iki körpünün salınması nəzərdə tutulmuşdur.  
         Turizm Peşə Məktəbi üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü  şəhərin Heydər Əliyev Prospektində “ ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunmuşdur. Eyni zamanda Heydər Əliyev Prospektində Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə 10 ha torpaq sahəsi ayrılmışdır.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Eyni zamanda “15 sentyabr Bilik Günü” ilə əlaqədar 60 şagird yerlik Kubin, 80 şagird yerlik Meşəkənarı, 60 şagird yerlik Mololon və 35 şagird yerlik Ləngan ümumi orta məktəbləri və Kolatan kənd uşaq bağçası istifadəyə verilmişdir. Yaxın günlərdə Xallıcallı və Təkdam kəndlərində modul tipli məktəblərin tikintisinə başlanılacaqdır.
            Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
      Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Hazırda Lürən, Məmmədoba həkim məntəqələrinin tikintisi davam etdirilir. Eyni zamanda rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir.
Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanmışdır. Artıq rayonda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara aftomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2016-cı il tarixli 544s nömrəli Sərəncamına əsasən həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılmış və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanılmışdır. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəkdir. Hazırda Sənaye məhəlləsində tikinti işləri davam etdirilir.
         Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 478,8 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz artaraq 41,3 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 4,2 faiz artaraq 83,1 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,4 faiz artaraq 56,7 milyon manat olmuşdur.
     2017-ci ilin doqquz ayı ərzində adambaşına düşən pul gəlirləri 2178, 2 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 303 manat olmuşdur.
      2017-ci ilin doqquz ayında Masallı rayonunun gəlirləri 53 milyon 835 min 13 manata qarşı 55 milyon 341 min 06 manat və ya 102,7 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 59 milyon 703 min 97 manata qarşı 51 milyon 529 min 36 manat və ya 86,3% icra olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır.  Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir.
      Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına  nəzarət olunmuşdur. Rüb ərzində ayrı-ayrı təşkilatlar tərəfindən rayon Məşğulluq mərkəzinə 404 vakant iş yerləri təqdim olunmuşdur.
      2017-ci ilin üçüncü rübü ərzində Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1044 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 267-si qadınlardır. Qeydiyyata alınan 1044 nəfərdən 637  nəfəri işlə təmin olunmuşdur ki, bunların da 219 nəfərini qadınlar təşkil edir.
      2017-ci ilin üçüncü rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 4,8 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 182,0 manat olmuşdur.
         01 aprel 2017-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72358 başa, xırda buynuzlu mal-qaranın baş sayı 87038 başa çatmışdır. Doqquz ayda süd istehsalı 35674,3 tona, ət istehsalı 4593,4 tona, yumurta istehsalı 46022 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
        Cari ilin doqquz ayı  ərzində 1433 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 690 baş sağlam bala alınmışdır. Dövlət büdcəsinin vəsaiti hesabına süni mayalanma yolu ilə doğulmuş hər buzova görə 100 manat olmaqla yanvar-iyul ayları üçün 52500 manat vəsait ödənilmişdir. Qalan 16500 manat vəsaitin yaxın vaxtlarda ödənilməsi təmin olunacaqdır.
           Rayonda 2017-ci ilin doqquz ayında aqrar sahənin inkişaf etdirilməsi, ixtisaslaşmanın aparılması, region üçün ənənəvi olan əkin sahələrinin genişləndirilməsi məqsədi ilə bir sıra işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
Belə ki, rayon üzrə kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26732 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları  təşkil edir ki, bu torpaqların da 23628 ha əkin, 1275 ha çoxillik əkmələr, 1829 ha isə biçənəklərdir.
2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün rayonda 5939,24 ha buğda, 2096,10 ha arpa, 1484 ha vələmir əkinləri aparılmışdır. Həmçinin 2017-ci ildə 915,16 ha paxlalı bitkilər, 143,4 ha qarğıdalı, 74,2 ha günəbaxan, 940,35 ha kartof, 2259,92 ha tərəvəz, 436,82 ha bostan, 167 ha yonca, 195 ha çəltik, 32,5 ha tütün əkilmişdir. Bundan əlavə cari ildə rayonda 1 ha sahədə gül kələmi əkilmişdir.
Rayonda 2017-ci ilin məhsulu üçün əkin aparmış istehsalçılardan 6639 nəfəri əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımları almaqdan ötrü sənəd təqdim etmişdir. Onların sənədləri yoxlanılaraq cəmi 10558,60 ha əkin sahəsinə görə 741898,80 manat subsidiya hesablanaraq ödənilmişdir. Subsidiya üçün sənəd təqdim olunan əkin sahələrindən 5223,53 ha buğda, 1732,42 ha arpa, 1438,52 ha vələmir, 125,7 ha çəltik, 527,18 ha kartof, 625,41 ha tərəvəz, 168,76 ha bostan, 269,03 ha noxud, 101,95 ha çiyələk və 346,10 ha digər əkinlər təşkil edir. Buğda əkinlərinə görə 470117,70 manat, çəltik əkinlərinə görə 11312,10 manat, digər əkinlərə görə isə 260469 manat subsidiya ödənilmişdir.
Rayon ərazisində 2018-ci ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 3200 ha sahədə şum vurulmuş, sahələrin şumlanması davam etdirilir. Hal hazırda payızlıq əkinlərdən kələm bitkisi üçün 82 ha sahədə şumlama işləri başa çatdırılmış, şitilliklər salınaraq toxum səpini aparılmışdır. Noyabr ayının 15-ə kimi şitillər sahələrə köçürüləcəkdir.
Rayonda digər ənənəvi sahələrdən olan baramaçılığın inkişafı ilə bağlı  bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının qeydiyyatı aparılmış və yeni bağların salınması üçün ərazilərdən tut tinglərinə olan tələbat haqqında məlumatların toplanması yekunlaşmaq üzrədir. İlkin məlumatlara əsasən 66900 ədəd tut tingi üçün sifarişlər qəbul olunmuşdur. Həmçinin 97 qutu barama qurdu üçün sifariş qəbul olunmuşdur.
Qeyd etmək istəyirik ki, 2017-ci ildə rayon üzrə 9,5 kq-ı “qarapaçax” növ barama olmaqla ümumilikdə 469,5 kq barama istehsal olunmuşdur. Barama istehsalçılarına “Şəki-İpək” ASC tərəfindən 1843,25 manat vəsait ödənilmiş, dövlət tərəfindən isə 2300,50 manat subsidiya verilmişdir.
          Bu dövr ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 19,3 ton kartof, 6,5 ton soğan, 5 ton lobya, 4,7 ton badımcan, 5,5 ton xiyar, 7250 ədəd yumurta göndərilmişdir.
            Rayon üzrə 24929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan 9000 hektarı uzun müddətdir ki, mülkiyyətçilər tərəfindən əkilmir. Hazırda əkinlərin 12 min hektarını taxıl sahələri təşkil edir. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir.
        Əvvəllər rayon tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmış və 6,0 min hektara yaxın sahədə tərəvəz, 3340 hektarda çay plantasiyaları və 3,0 min  hektarda üzüm bağları  salınmışdı. Buradan ildə 150,0 min ton tərəvəz, 10,0 min ton çay yarpağı və 26,0 min ton üzüm  məhsulu toplanırdı. Bu gün rayonda əkilən tərəvəz sahələrinin həcmi 2500 hektara, üzüm sahələri isə 20 hektar təşkil edir. 100,0 hektarda çay plantasiyası salınmasına başlanmışdır. Nəzərə alsaq ki, Masallıda əhalinin 90%-ə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı çox böyük əhəmiyyət daşıyır. O cümlədən rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin, tütünçülüyün, baramaçılığın, sitrus və suptropik meyvəçiliyin inkişafı üçün geniş imkanlar mövcuddur.
Hazırda rayonda çəltik biçini başa çatmışdır. Çəltik sahələrindən ümumilikdə 572 ton məhsul yığlmış, orta məhsuldarlıq 29,4 sentner təşkil etmişdir.
Rayonda 32,5 ha sahədə tütün əkinləri aparılmışdır, hazirki vaxtadək 32,9 ton tütün toplanaraq qurudulmuş və tütün qəbulu məntəqələrinə təhvil verilmişdir. Hal-hazırda tütünün toplanması və qurudulması davam etdirilir.
           Rayonda çayçılıq, üzümçülük və tərəvəzçilik sahələrində  müəyyən işlər görülmüşdür. Belə ki, 5 hektar  sahədə keçmişdə mövcud olan çay sahəsi bərpa edilmiş və rayonun Kolatan  kəndi ərazisində “Azərsun Holding” şirkəti tərəfindən 100 hektar sahə çay əkini aparılması üçün hazır vəziyyətə gətirilmiş və 50 ha sahədə çay bitkisi əkilmişdir.
          Qızılağac kəndində “Azərsun Holding” tərəfindən 150 ha müasir texnologiyalarla  tərəvəz bitkilərinin  yetişdirilməsi üçün  torpaq sahəsi ayrılmış və həmin sahədə 100% əkin işləri aparılmışdır.
           Bundan əlavə rayonda ənənəvi əkin sahələri ilə yanaşı çiyələk əkini sahələri də son illərdə xeyli artmaqla 120 hektara çatdırılmışdır. Ümumilikdə ərazilər üzrə 21 ha üzüm, 17 ha feyxoa və 29 ha sahədə müxtəlif növ meyvə bağları mövcuddur  və 2017-ci ildə Sığdaş kəndi ərazisində 0,5 ha sahədə yeni sitrus (naringi) bağları, Güllütəpə ərazisində isə 3,2 ha  yeni fındıq bağları salınmışdır.
           Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 11 aprel 2016-cı il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hesbat ilində Masallı rayonu ərazisində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən regional tədarük mərkəzi yaradılmışdır. Hazırda rayonda fəaliyyət göstərən 300-ə yaxın fermer istehsal etdikləri məhsullar barədə tədarük mərkəzinə müvafiq məlumatlar vermişdir. Lakin buna baxmayaraq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən həmin məhsulların tədarük olunmaması fermerlər arasında haqlı narazılıqlara səbəb olmuşdur.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır.  Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir.  Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin  torpaqların 85 faizi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
        Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 80,0 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
          Mütəxəssislərin hesablamalarına görə Viləşçay su anbarının ikinci növbəsinin, eləcə də 20 100 ha əkin sahələrinin su təminatı üçün suvarma şəbəkəsi, 7 800 ha sahədə isə kollektor-drenaj şəbəkəsinin tikintisinin həyata keçirilməsi üçün təxminən 250,0 mln manat vəsait tələb olunur. Təklif ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirilmiş və bu istiqamətdə hazırlıq işləri görülür.
        Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar 2016-cı ildə Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işlərinə başlanılmışdır. Hazırda rayon ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaqları ilə bağlı çöl işləri başa çatmışdır.
       Eyni zamanda Masallı şəhər, Ərkivan, Boradigah qəsəbə, Musaküçə və Şərəfə bələdiyyələrin ərazisində yaşayış məntəqəsi torpaqlarının elektron uçotu ilə bağlı çöl işləri tamamlanmışdır. Hazırda bu istiqamətdə kameral işlər davam etdirlir.
           2017-ci ilin doqquz ayında 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, yerli əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun 0-17-ci kilometrliyində təmir işləri görülmüşdür. Eyni zamanda Masallı-Qızılağac avtomobil yolunun 4-6-cı kilometrliyində asfalt betonla cari təmir işləri aparılmışdır. Bundan əlavə Türkoba-Hişkədərə, Tatyan-Yolağac, Masallı-Köhnə Alvadı avtomobil yollarında hamarlama işləri həyata keçirilmişdir.
Masallı rayonu üzrə ümumilikdə 40 ədəd marşrut-avtobus fəaliyyət göstərir ki, bunlardan 28-i rayonun kənd və qəsəbələrinə, qalan 12-i isə şəhər ərazisində sərnişin daşıma ilə məşğul olur. Qeyd olunan marşrut avtobuslarından 1 və 2 nömrəli xətt üzrə 12 ədəd şəhər ərazisində, 13 nömrəli xətt üzrə 2 ədəd Təklə kəndi istiqamətinə, 4 nömrəli xətt üzrə 3 ədəd Çaxırlı kəndi istiqamətinə, 5 nömrəli xətt üzrə 5 ədəd Cəlilabad rayonunun Göytəpə qəsəbəsi istiqamətinə, 18 nömrəli xətt üzrə 4 ədəd Güllütəpə kəndi istiqamətinə, 21 nömrəli xətt üzrə 2 ədəd Xırmandalı-Ərəb-Hacıtəpə-Həsənli istiqamətinə, 14 nömrəli xətt üzrə 1 ədəd Köçəkli istiqamətinə, 7 nömrəli xətt üzrə 1 ədəd Eminli kəndi istiqamətinə, 23 nömrəli xətt üzrə 1 ədəd Qədirli kəndi istiqamətinə, 32 nömrəli xətt üzrə 1 ədəd Qəriblər kəndi istiqamətinə, 22 nömrəli xətt üzrə 4 ədəd Boradigah qəsəbəsi istiqamətinə, 16 nömrəli xətt üzrə 1 ədəd Yeyənkənd kəndi istiqamətinə, 34 nömrəli xətt üzrə 1 ədəd Ərkivan qəsəbəsi istiqamətinə və 10 nömrəli xətt üzrə 2 ədəd Qızılağac kəndi istiqamətinə sərnişin daşıma ilə məşğul olurlar.
Bundan əlavə rayonun Gəyəçöl-Xıl, Öncəqala-Hüseynhacılı, Musakücə-Lürən və Kosakül yaşayış məntəqələri istiqamətinə marşrut-avtobusları fəaliyyət göstərmir. Rayon üzrə sərnişin daşıma xidmətini həyata keçirən “Karvan yolu firması” MMC-nin rəhbərliyi tərəfindən verilən məlumata əsasən bu istiqamətlərdə marşrut-avtobuslarının fəaliyyət göstərməsi ilə bağlı heç bir sahibkar tərəfindən firmaya müraciət olunmamışdır. Müraciət olunacağı təqdirdə qeyd olunan istiqamətlərə xətt verilməsi bərpa edilə bilər.
Əvvəlki dövrlərdə Gəyəçöl və Kosakül kəndləri istiqamətinə marşrut-avtobusları işləmiş, lakin səmərəlilik az olduğundan sahibkarlar fəaliyyətini dayandırmışdır
Rayon üzrə ümumilikdə 70 ədəd avtobus dayanacağı vardır. Bunlardan 12-si Bakı-Astara magistralının Masallı rayonu ərazisinə düşən hissəsində yerləşmiş, qalan 58 ədəd dayanacaq isə şəhər ərazisi və ayrı-ayrı yaşayış məntəqələrindədir. Qeyd olunan avtobus dayanacaqlarından 20 ədədi son illərdə quraşdırılmış müasir tipli dayanacaqlardır. Yeni quraşdırılmış 20 ədəd dayanacağın 10-u Masallı şəhər ərazisində qalan 10 ədədi isə ayrı-ayrı kəndlərdədir.
     Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 142 min m3 həcmində və 73 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.            
       Rüb ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən rayonun ərazilərdə yerləşən meşə fonduna aid sahələrdə ümumilikdə 66,5 ha meyvə bağları salınmışdır.
       Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
       Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 3859,2 min manata qarşı 1307,8 min manat və ya 33,9 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 386,2 min manata qarşı 425.00 min manat və ya 110 % yerinə yetirilmişdir. Şöbədə hazırda 27457 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 179 nəfərə əmək pensiyası təyin olunmuşdur.
       01 oktyabr 2017-ci il vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 15215, əlilliyə görə 10453 , ailə başçısını itirən kimi 1841 nəfərə əmək pensiyası ödənmişdir.
      Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 və 220 kvt-lıq yarımstansiyalarda təmir bərpa işləri aparılmış, 68 ədəd dəmir beton, 475 ədəd 04KV-2uq dayaq, 180 ədəd isə dəmir dayaq dəyişdirilmişdir.
      2017-ci ilin üçüncü rübündə Masallı Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən     Təzə Alvadı, Təklə, Ləngan və Sığıncaq kəndlərində yenidənqurma ilə əlaqədar 520 ədəd 10 kV-luq dəmir beton dayaq, 2936 ədəd 0,4 kV-luq dəmir dayaq dəyişdirilmişdir. Bundan əlavə 49658 metr SİP kabel çəkilmiş və Təzə Alvadı kəndində 21 ədəd, Ləngan kəndində isə 18 ədəd yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə Ərkivan qəsəbəsində 7200 metr SİP kabel, 340 ədəd dəmir dayaq, Musaküçə kəndində 8184 metr SİP kabel, 311 ədəd dəmir dayaq, Təklə kəndində 8812 metr SİP kabel, 403 ədəd dəmir dayaq, Əhmədli kəndində 7857 metr SİP kabel, 289 ədəd dəmir dayaq, Qızılağac kəndində 7100 metr SİP kabel, 340 ədəd dəmir dayaq, Hüseynhacılı kəndində isə 14000 metr SİP kabel çəkilmiş, 806 ədəd dəmir dayaqlar basdırılmışdır. Ümumilikdə 53153 metr SİP kabel çəkilməklə 2400 ədəd dəmir dayaq basdırılmışdır.
      Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar rayonun Sirəbil, Qızılağac, Hüseynhacılı, Öncəqala, Məmmədoba, Xıl, Babaküçə, Sığıncaq, Bala Təklə, Qasımlı, II Yeddioymaq və Tiyaqani kəndləri təbii qazla təchiz edilmişdir. Hazırda Xanalyan, Qodman kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb və sayğaclaşma işləri davam etdirilir. Rayon üzrə qaz alan abonentlərin sayı 36725 nəfərdir.
     2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə “Viləşçay” Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m3 həcmində su anbarı inşa edilmişdir.
        Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Şəhər ərazisində veriləcək su sərfi orta gündəlik norma ilə adam başına 180 litr qəbul edilmişdir. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 8600 sayğac quraşdırılmışdır. Rüb ərzində 5500 abonentlə müqavilə bağlanaraq sayğaclara surğuc vurulmuşdur. Hazırda bu işlər davam etdirilir.
        Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılmış və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Müəyyən maliyyə çətinliklərinin yaşanmasına baxmayaraq hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində  20 km-ə yaxın magistral  xətt çəkilmişdir.
         Eyni zamanda şəhər ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır.
           Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 340 min 950 m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 160-200 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
       Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 38 ha yaşıllıq sahəsinin təmiz saxlanılmasına xidmət göstərilmişdir.
Masallı rayonu üzrə il ərzində kağız və karton tullantılarının yığılıb təhvil verilməsi üzrə hədəf 240 ton, plastik tullantılarının yığılıb təhvil verilməsi üzrə isə hədəf 96 ton müəyyən edilmişdir. Hal-hazıra kimi 123 ton (68,3%) kağız və karton tullantıları yığılmış 104,3 ton təhvil verilmişdir. Eyni zamanda 36 ton (50%) plastik tullantı yığılmış 9,5 ton təhvil verilmişdir.
2017-ci il qəbul imtahanlarında iştirak edən 721 nəfər məzunumuzdan 448 nəfəri (62%) ali məktəblərə qəbul olmuşdur ki onlardan 44 nəfəri (48%) qızlardır.  30 nəfər məzunumuz 600-dən yuxarı bal toplamışdır ki, onlardan 11 nəfəri (37%) qızlardır. Xüsusilə qeyd etmək istəyirəm ki, Masallı qəsəbə kənd tam orta məktəbin məzunu İltifatlı Aysun Novruz qızı 695 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür.
Bu tədris ilində ali məktəbə sənəd verənlərin sayı 721 nəfər olmuşdur ki, onlardan 245 nəfəri (34%) qızlardır. Bu il ali məktəblərə sənəd verən 721 nəfərdən 448 nəfəri tələbə adını qazanmışdır ki, onlardan 152 nəfəri (33,9%) qızlar, 296 nəfəri (66,1%) oğlanlardır.
Bir sevindirici məqamı da qeyd etmək istəyirəm. Müəllimlərin peşə bayramı münasibəti ilə rayonumuzdan 1 nəfər Cənab Prezidentin sərəncamı ilə təltif olunmuşdur.     
Mahmudavar kənd tam orta məktəbin Riyaziyyat müəllimi Abdullayeva Adilə Nəbi qızı “Tərəqqi” medalına layiq görülmüşdür. Fürsətdən istifadə edib onu təbrik edir və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram.
2017-ci ilin doqquz ayında rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
     2017-ci ilin doqquz ayında rayonda 1765 nəfər uşaq doğulmuşdur. Uşaq ölümü 1,6 promil (2 nəfər), evdə doğuş 0,4 % (7 nəfər), perinatal ölüm 9,8 promil olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və rüb ərzində 1857 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur.
     İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5665 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
     Respublika Prezidentinin tapşırığına uyğun olaraq 15 fevral 2017-ci il tarixdən  əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 166324 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 6485 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 9188 nəfəri ambulator, 4367 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 194 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
       Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Rüb ərzində 28434 uşaq müayinə edilmişdir ki, bunlardan 1947 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 286 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
       Rayonda 112 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, bunlardan 86 nəfəri dövlət hesabına hemodializ edilir.
           2015-ci ilin iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər bir cütlüyün tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Ümumilikdə indiyə kimi rayonumuzdan 6687 nəfər müayinə edilmişdir.
       Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi doqquz ay ərzində mütəmadi olaraq  yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmış və bu müddətdə 5 adda yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. 
      Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 50897 m2 sahədə gəmiricilərə qarşı mübarizə, 10310 m2 sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
       Masallı rayon Mədəniyyət və Turizm şöbəsi cari ilin üçüncü rübündə əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
       Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti cari ilin doqquz ayında 24700 nəfər turist qəbul etmişdir ki, onun 1850 nəfəri xarici vətəndaş olmuşdur.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 sentyabr 2016-cı il  tarixində Masallıya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Masallı rayonu ərazisində Turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılmış və təklif cənab Prezident tərəfindən bəyənilmişdir. Bu məqsədlə müvafiq məsləhətləşmələr aparılmış və tikinti layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Həmin torpaq sahəsi Dövlət meşə fonduna aid torpaqlardır ki, hazırda bu ərazidə seyrək meşə və kol ağacları mövcuddur. Bu torpaq sahəsinin şimal-şərq hissəsində isə ona bitişik, Qəriblər bələdiyyəsinin balansında olan və meşə örtüyü ilə daha zəngin olan 10 hektar torpaq sahəsi yerləşir.         
            Dövlət Meşə Fonduna aid 10 hektar torpaq sahəsinin, həmin əraziyə yaxın və Qəriblər bələdiyyəsinə aid olan 10 hektar torpaq sahəsi ilə dəyişdirilməsi ilə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər ünvanlanmışdır.
            İnanırıq ki, bu layihənin icrası nəyinki Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
      Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 105 ilk təşkilatının 11099 nəfərə yaxın üzvü vardır. Digər partiyaların  üzvlərinin ümumi sayı 1108 nəfərdir.
          Rayon  ərazisində 36  QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
       Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və doqquz ay ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 772 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2017-ci ilin doqquz ayında rayon ərazisində 291 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 90,2 % olmuş və 30 cinayət hadisəsi açılmamış qalmışdır.
    2017-ci ilin doqquz ayında rayon İcra hakimiyyətinə 1420 müraciət daxil olmuşdur ki, onlardan 628-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 648-i birbaşa rayon İcra hakimiyyətinə, 144-ü isə mərkəzi orqanlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 1131-i ərizə, 275-i şikayət, 14-ü təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 84 ədəd artım, şikayətlərin sayında isə 42 ədəd azalma olmuşdur. Bu dövr ərzində  keçirilən qəbullar zamanı ümumilikdə 996 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 732  nəfəri rayon İcra hakimiyyətində, 264 nəfəri səyyar, 54 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır. 
2017-ci ilin doqquz ayında “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
          Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.     
          Masallı şəhərində abadlıq işlərinin davam etdirilməsi və su-kanalizasiya sisteminin qurulmasının başa çatdırılması nəzərdə tutulur.
          Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi il sonuna qədər rayon ərazisinin 95 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.
          Bildiyiniz kimi elektrik xətt təsərrüfatı istifadəyə yararsız vəziyyətdədir. Bu xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park – bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması qarşımızda duran əsas vəzifələrdəndir.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması, tütünçülüyün və baramaçılığın inkişafı həlli vacib layihələrdəndir ki, bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Eyni zamanda Masallı şəhərində “Sənaye məhəlləsi” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılması diqqət mərkəzimizdə olacaqdır. Bundan əlavə Viləşçay Su Anbarının tikintisi və İsti-Su turizim istirahət kompleksinin salınması üçün səylərimizi davam etdirəcəyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2017-ci il Azərbaycan respublikasının Prezidenti tərəfindən “İslam Həmrəyliyi” ili elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Hesabat yığıncağında çıxış edən  Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, 47 nömrəli Yol İstismar İdarəsinin rəisi Əlirahim Kazımov, Banbaşı kənd bələdiyyəsinin sədri Böyükxan Rəhimov və başqaları çıxış edərək 2017-ci ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.

Keçidlər