Şriftin ölçüsü :

Saytın rəngi :

ƏRKİVAN QƏSƏBƏSİNDƏ SƏYYAR GÖRÜŞ

18 oktyabr 2017 | 16:00

18 oktyabr 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı cənab Rafil Hüseynovun Ərkivan qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
16368 nəfər əhalisi və 2294 ha torpaq sahəsi olan ərazidə 4 tam, 1 əsas məktəb, 1 tibb məntəqəsi, 1 Mədəniyyət evi, 1 uşaq bağçası, 30 özəl xidmət obyektləri, 2 kərpic zavodu, 9 məscid, 4 kitabxana, 3 yanacaq doldurma məntəqəsi, 1 qazdoldurma məntəqəsi, 1 EATS və 1 poçt şöbəsi fəaliyyət göstərir.
“Ərkivan” şadlıq sarayında təşkil olunmuş görüş öncəsi Ərkivan qəsəbə bələdiyyəsinin 2017-ci ilin doqquz ayı ərzində gördyü işlər və qarşıda duran vəzifələr haqqında bələdiyyənin sədri Anar Rəcəbovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, rayonda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra qəsəbə sakinlərindən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov, veteran hərbçi Ədalət Hüseynov qəsəbə əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Müəllim İldırım Nəzərov, Şəmsəddin Mikayılov, sakinlərdən Ziyafət Əsgərov, Cəsarət Bədəlov, Ramin Həsənov,  Təranə Məmmədhüseynova, Yasəmən Şabanova və başqaları təklif və müraciətlərini səsləndirmişlər.
Sakinlər qəsəbə yollarının işıqlandırılmasına, su aparıcı kanalların təmizlənməsinə, məktəbə gedən yolların təmir edilməsinə və s.köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər