Şriftin ölçüsü :

Saytın rəngi :

BƏDƏLAN KƏNDİNDƏ "ERKƏN NİKAHLARA YOX DEYƏK" DEVİZİ ALTINDA TƏDBİR

12 iyun 2013 | 15:00

11 iyun 2013-cü il tarixdə Bədəlan ərazisinin Dəmirçi kəndində “erkən nigaha yox deyək” devizi altında tədbir keçirilmişdir.

Tədbirdə rayonun aparıcı idarələrinin rəhbərləri, kənd sakinləri, müxtəlif zümrədən olanlar fikir birliyi ifadə etmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov demişdir:

- Ailə kiçik dövlətdir. Onun uğurlu olması vacibdir. Ona zərbə vurmaq olmaz!

Uşaqlarını erkən nikaha vadar edən valideynlər bu təşəbbüsdə olurlar. Gəlişimizin məqsədi sizinlə bu barədə danışmaq, fikirlərinizi dinləməkdir. Rayon MX-nın  baş həkimi Cəlil Nəzərov diqqəti azyaşlıların nikahı zamanı gənclərin sağlamlığında baş verən ciddi qüsurlara, onların dünyaya övlad gətirərkən rastlaşdıqları bədbəxt hadisələrə cəlb etdi. Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova göstərdi ki, erkən nikahlara girmiş qızlar məktəbdən yayınır ki, bu da ilk növbədə onların intellektual inkişafına mənfi təsir göstərir. Çıxış edən sakinlər erkən nikahlara qarşı mübarizədə əlbir olmağa, bu sahədə hər hansı addıma qarşı çıxmağa söz verdilər. Rayon rəhbəri  tədbiri yekunlaşdırıb bir daha xatırlatdı ki, 18 yaşına çatmayanlar yeniyetmədirlər. Nikaha hazır olmayan belələrinin ailəsi davamlı olmur, cəmiyyətin probleminə çevrilir.

Keçidlər