Masallıda yeni körpələr evi - uşaq bağçasının açılışı
25 oktyabr 2017-ci il tarixdə Masallı şəhərində 2 nömrəli yeni körpələr evi - uşaq bağçasının açılış mərasimi olmuşdur.
Bağçanın ustifadəyə verilməsi münasibətilə düzənlənən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış etmişdir. Natiq çıxışında uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusilə vurğulamışdır. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyada uşaqlara qayğısının və mərhəmətinin ləyaqətlə təmsil edildiyini nəzərə çatdırmışdır.
Masallı şəhər 2 nömrəli yeni körpələr evi - uşaq bağçasının müdiri Naibə Aslanova, valideyn Rizvan Rzayev və başqaları yeni binanın tikintisinə görə ölkə Prezidentinə minnətdarıq bildirmişlər.
Sonra yeni körpələr evi - uşaq bağçasının rəmzi açılışını bildirən lent kəsilmişdir.
Tədbir körpələrin hazırladığı maraqlı və yaddaqalan kosert proqramı ilə başa çatmışdır.