Şriftin ölçüsü :

Saytın rəngi :

“Qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir

24 oktyabr 2017 | 16:00

24 oktyabr 2017-ci il tarixdə Masallı rayoin İcra hakimiyyətində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Lənkəran Regional Miqrasiya idarəsinin təşkilatçılığı ilə “Qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov açaraq bildirmişdir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq və onlara müvafiq sənədlərin təqdim olunmasını təmin etmək, eləcədə müraciət edənlərin miqrasiya orqanlarında göstərilən xidmətlərdən məmnunluğunun artırılması ən vacib məsələdir.
Görüş zamanı Dövlət Miqrasiya Xidməti Lənkəran Regional Miqrasiya idarəsinin  əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydaları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, eləcə də Xidmətin səlahiyyətlərinə dair digər mövzularda izahedici söhbət apardı və sualları cavablandırdılar.

Keçidlər