MASALLIDA II BEYNƏLXALQ FOLKLOR FESTİVALI
13 iyun 2013-cü il tarixdə Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar II Beynəlxalq Folklor Festivalının açılış mərasimi olmuşdur. Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə təzə tər gül dəstələri düzmüş, ulu öndərin xatərisinə böyük ehtiramlarını bildirmişlər.
Sonra Azərbaycan, Türkiyyə, İran, Gürcüstan, Rusiya, Dağıstan, Latviya, Ukraniya və Qazaxıstannın folklor qrupları Masallı rayon İcra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq II Beynəlxalq Folklor Festivalında öz ölkəsinin folklor nümunələrini nümayiş etdirdikdən sonra rayon Nizami parkı istiqamətində möhtəşəm yürüşə başladılar. Tədbir iştirakçıları Nizami parkında Azərbaycanın və eləcədə cənub bölgəsinin müxtəlif sənətkarlıq nümunələri, milli mətbəximiz, əl işləri, rəsm qaleriyaları və yazarlarımızın əsərləri ilə əhatələnmiş sərgi ilə tanış olmuşlar.
Festivalın kosnert proqramı axşam saatlarında Masallı şəhərindəki Heydər Əliyev parkında müxtəlif ölkələrdən olan folklor qruplarının musiqili çıxışları ilə davam etmişdir.
Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil edilmiş II Beynəlxalq Folklor Festival 16 iyun 2013-cü il tarixə kimi rayonun digər ərazilərində də təntənəli şəkildə qeyd edilməkdədir.