Şriftin ölçüsü :

Saytın rəngi :

ÇAXIRLI ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

01 noyabr 2017 | 16:00

01noyabr 2017-ci il tarixdə Çaxırlı ərazisində Masallı Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Çaxırlı ərazisi - Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli, İmanlı və Bala Təklə yaşayış məntəqələrini əhatə edir. Ərazidə 2 tam orta 2 ümumi məktəb, 1 həkim məntəqəsi, 1 EATS, 1 poçt, 1 kitabxana və 1 mədəniyyət evi fəaliyyət göstərir.
Kəlbəhüseynli kənd tam orta məktəbində təşkil olunmuş görüşdə əvvəl Çaxırlı bələdiyyəsinin sədri Vahid Cəlilovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində  rayonda müasir kənd təsərrüfatının bütün sahələri ilə bağlı söhbət aparmışdır. Onun geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Mirqiyas Təhməzov, Şəkur Bağırov, Tofiq Qubadov, Elman Bəşirov, Ziyafət Məmmədov, Kamal Təhməzov, İlkin Məmmədov, Fürudin Əsgərov çıxış edərək son vaxtlar Masallı rayonunda və Çaxırlı kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılması yollarından danışmış, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
  Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdırmışdır. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.

Keçidlər