Masallıda “Nə? Harada? Nə Zaman? ” İntellektual bilik yarışı üzrə rayon birinciliyi
03 noyabr 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “09 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş 14- 29 yaşlı gənclər və Masallı rayon Tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nə Harada? Nə Zaman?” İntellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Şəhriyar Məmmədov, Rayon Təhsil şöbəsinin metodisti Nazim İsrafilov çıxış edərək iştirakçıları salamış və bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq bildirdilər ki, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə çevrilməsindən asılı olduğunu qeyd etdilər.
Yarışda Masallı Dövlət Regional Kollecinin komandaları ilə yanaşı, Masallı rayon tam orta ümumtəhsil məktəblərinin komandaları da mübarizə aparmışlar.
Gərgin mübarizə şəraitdə keçən bilik yarışının sonunda I yeri Qəriblər kənd tam orta məktəbinin “Qəriblər” komandası, II yeri Ə.Bəylərbəyov Xıl kənd tam orta məktəbinin “Xəmsə” komandası , III yeri isə F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin “Uğur” komandası tutmuşdur.
Rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.