Masallıda Cüdo idman növü üzrə açıq rayon birinciliyi
05-06 noyabr 2017-ci il tarixlərdə Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “09 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş cüdo idman növü üzrə kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin direktoru Elxan Kərimov, Bakı komandasının məşqçi-müəllimi, əməkdar məşqçi Vahid Tarverdiyev və Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin məşqçi-müəllimi əməkdar məşqçi Xanağa Quliyev çıxış edərək Dövlət Bayrağı Gününün əhəmiyyətindən, bayrağımızın hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olmasından söz açdılar, son illər idman sahəsində görülən inkişaf yönümlü işlərə toxunaraq idmanızmızın inkişafından bəhs etdilər. Sonda yarışın əsas məqsədinin Rayonda cüdo idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi və idmançıların dostluq əlaqələrinin möhkəmləndirilməsi olduğunu vurğuladılar.
Sonra 11 çəki dərəcəsində 150 nəfərə yaxın kiçik yaşlı uşaqlar , yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarışda, Masallı rayon idmançıları ilə yanaış Bakı şəhərinin bir neçə komandası və Lənkəran rayon komandaları mübarizə aparmışlar.
İki gün davam edən yarışın ümumi nəticəsinə əsasən birinci yeri Masallı rayon idmançıları, ikinci, üçüncü yerləri müvafiq olaraq Bakı şəhərinin idmançıları tutmuşlar.
Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medal mükafatlandırılmışlar.