MASALLI MƏKTƏBLİLƏRİ ÖLKƏMİZİN QƏRB BÖLGƏSİNƏ YOLA DÜŞÜBLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi ilə məktəblilərin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş 8-ci maarifləndirici tur-aksiya davam edir.
11 noyabr 2017-ci il tarixdə Masallı rayonunun məktəbliləri – IX-XI sinif şagirdləri və onları müşayiət edən qrup rəhbərləri Gəncə-Şəmkir-Göygöl marşrutu (11-14 noyabr) üzrə yola düşüblər.
Məktəblilər əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri ulu öndərə ehtiram və dərin məhəbbətlərini bildiriblər.
Bayraq Meydanında təşkil olunmuş yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, məktəblilər, onların valideynləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Sonradan Masallı məktəblilərinə bu marşrut üzrə yola düşəcək Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının məktəbliləri qoşulublar.
Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov iştirakçıları salamlayaraq şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Turun keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub, şagirdləri 4 müəllim və 1 həkim müşayət edir.
Mərasimdə çıxış edən müəllimlər, məktəblilər və onların valideynləri maarifləndirici tur-aksiyanın əhəmiyyətini yüksək dəyərləndirərək möhtəşəm tur-aksiyanın təşkilinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin bədii-özfəaliyyət kollektivinin, Heydər Əliyev Mərkəzinin rəqs qrupunun iştirakı ilə keçirilən konsert proqramı ilə yekunlaşıb.M əktəblilər rəqs edib, xatirə şəkilləri çəkdiriblər. Sonra Cənub bölgəsinin məktəbliləri onlarçün ayrılmış xüsusi avtobuslara əyləşərək ölkəmizin Qərb bölgəsinə yola salınıblar.