Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA "ÖLKƏMİZİ TANIYAQ" LAYİHƏSİ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

10 noyabr 2017 | 16:00

MASALLI RAYONUNDA "ÖLKƏMİZİ TANIYAQ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TUR-AKSİYANIN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

10 noyabr 2017-cı il tarixdə Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə gedəcək məktəblilərlə görüş keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyətinin nünayəndələri, müəllimlər, məktəblilər və onların valideynləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirmişdir ki, artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.4 il ərzində keçirilən tur -aksiyalar zamanı Masallı rayonundan 3 istiqamət üzrə 4 tur aksiyada ümumilikdə 120 məktəbli iştirak etmişdir.
11-14 noyabr 2017- ci il tarıxdə təşkil olunacaq tur-aksiyada  Masallıdan 40 məktəblinin içtirakı nəzərdə tutulmuşdur. 40 şagirdin 15 nəfəri şəhər məktəblərindən 25 nəfəri isə kənd və qəsəbə məktəblərindəndir. Eyni zamanda tur-aksiyada respublika fənn olimpiadasının qalibləri - Şəhla Sadıxova və Firad Əsgərzadə iştirak edəcəklər.
İcra başçısı qeyd etmişdir ki, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək həmin məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələrlə tanış olacaqlar. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Tədbirdə çıxış edən Sığdaş tam orta məktəbinin şagirdi Şəhla Sadıxova, Mahmudavar tam orta məktəbinin şagirdi Firad Əsgərzadə, valideyn Zöhrab Sadıxov, Şuşa köçkünü-Masallı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdi Təranə Abbasova və başqaları ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya “Ölkəmizi tanıyaq” tur-aksiyasına görə minnətdarlıq bildirmişlər.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırmışdır.

Keçidlər