Masallıda Taekvando idman növü üzrə rayon birinciliyi
07-08 noyabr 2017-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Masallı Taekvandi Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar , yeniyetmə və gənclər arasında cüdo idman növü üzrə rayon birinciliyi keçiriləcəkdir.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd ediblər, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndiriblər. Yeni Azərbaycan Partiyası və onun böyük lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyduğunu, olduqca çətin bir şəraitdə yaranmış partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasətini müasir dövrün tələbləri əsasında daha da inkişaf etdirən cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutan, davamlı inkişafını təmin edən qüdrətli ölkəyə çevrilib. Bütün sahələrdə olduğu kimi idman sahəsinin də yüksək tempnən inkişaf etməsi cənab Prezidentin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bird aha ön plana çəkərək,idmançılara idman yarışlarında uğurlar diləyərək bayrağımızı daima yüksək arenalarda dalğalandıraraq ölkəmizin adını həmişə uca zirvələrə qaldırmağı arzulamışlar.
Sonra 11 çəki dərəcəsində 75 nəfər kiçik yaşlı uşaqlar , yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən Yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar