Masallıda “Zərərli vərdişlərə qarşı mübarizə sahəsində yeniyetmə və gənclərin maarifləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.
20 iyun 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai birliyi tərəfindən “Zərərli vərdişlərə qarşı mübarizə sahəsində yenyetmə və gənclərin maarifləndirilməsi” mövzusunda tədbir keçirilmişdir.
52 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Məhəmməd Abasquliyev bildirmişdir ki, bu gün bəşəriyyəti daha çox düşündürən və narahat edən problemlərdən biri də narkomaniyadır.Son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir. Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsi kimi sərhəd tanımır.
“Müasir Gənclik və Sosial İnkişaf İctimai birliyi" nin sədri Etibar Əsədov çıxışında bildirdi ki, bu gün bəşəriyyəti daha çox düşündürən və narahat edən problemlərdən biri də narkomaniyadır.Narkomanmiyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir.Narkomaniya ağır xəstəlikdir. Narkomaniya orqanizmin həyat fəaliyyətini kobud şəkildə pozulmasına və sosial tənəzzülə gətirir.Narkotik zəhər olub, insanın beynini və psixikasını tədricən məhv edir.
Tədbirdə Azərbaycan Tibb Universitsetinin dosenti Şəhla Babayeva çıxış edərək bildirdi ki, qədim zamanlardan məlum olan narkotiklərdən sui-istifadə hal-hazırda bütün dünya cəmiyyətini narahat edən ölçüdə yayılmışdır. Narkotik mərkəzi sinir sisteminə spesifik təsir göstərən dərman vasitəsidir. Yeniyetmələr əksərən,ilk dəfə narkotiklərin dadına maraq xatirinə və ya dostları ilə həmrəyliyə naminə baxırlar.Şüurlu sürətdə narkotiklərə başlayan insanlar adətən iki cür effekt gözləyirlər: birincisi – gündəlik, bəzən çox ağır problemlərdən və ya faciəvi hadisələrdən uzaqlaşmaq imkan; ikincisi- təxəyyülü, yaradıcılıq qabiliyyətini stimullaşdırmaq üçün yeni,naməlum hissləri yaşamaq.Narkotiklərdən mütəmadi istifadə nəticəsində əvvəllər fəal olan, onu əhatə edən həyatla maraqlanan şəxs tədricən enerjisini itirir,həyata marağı sönür,yaradıcılıq maraqları maliyyə maraqları ilə əvəz olunur.
Masallı rayon Mərkəzi xəstəxanasının əməkdaşı Nazir Rufullayev çıxış edərək bildirdi ki, narkotiklər tolerantlıq yaratmaq xüsusiyyətinə malikdirlər. Tolerantlıq maddə qəbulundan yaranan effektin tədricən azalması və nəticədə eyni effekti almaq üçün daha yüksək dozaların qəbuluna ehtiyac duyulmasıdır. Narkotik asılılıq fiziki və psixi olur. Psixi asılılıq- maddə qəbulu nəticəsində xoş əhval-ruhiyyəninin yaranması ilə əlaqədardır; bu zaman şərti refleks yaranır və ömür boyu saxlanılır. Fiziki asılılıq isə müntəzəm maddə qəbulu nəticəsində orqanizmdə maddələr mübadiləsinin dəyişməsi əlaqəlidir. Narkotiklərə qurşanan insanda mənəvi keyfiyyətlər məhv olur,psixi pozğunluqlar yaranır,dostlarını ,ailəsini itirir, özünə və ətrafına sonsuz bədbəxtliklər gətiri.
Daha sonra Masallı rayon İcra hakimiyyətinin məsul işçisi Nizam Məmmədov çıxış edərək bildirmişdir ki, Narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir. Təəssüflə qeyd etmək lazımdır ki, bu problem və onun həlli yolunda atılan addımlar bütün respublikada olduğu kimi rayonumuzda da aktual olaraq qalır. Bunları nəzərə alaraq rayonumuzda konkret tədbirlər planı müəyyənləşdirilərək vaxtaşırı gənclərlə görüşlər, mühazirələr və seminarlar keçirilməsi təqdirə layiqdir.
Sonda tədbir iştirakçılarına bukletlər paylanıldı.