Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə mübarizə hamının işidir

23 noyabr 2017 | 16:00

23 noyabr 2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə Masallı şəhər Gənclər Mərkəzində maarifləndirici tədbir keçirilib.
Tədbir narkotik vasitələrin, psixotrop  maddələrin və prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar Masallı Dövlət Regional Kollecinin tələbələrinə narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən gənclərin antinarkotik dünya görüşünün formalaşdırılması məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə Masallı RİHB aparatı hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov açıb, qonaqları və iştirakçıları rayon rəhbəri adından salamlayıb, bu sahədə rayonda görülən işlərdən danışıb.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov narkomanlıqla mübarizə sahəsində ötən dövr ərzində rayonda keçirilən tədbirlərdən, xüsusilə də sosial layihələr çərçivəsində keçirilən tədbirlərin çoxunun narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edilməsini və həmin tədbirlərin əksəriyyətinin məktəblərdə aparıldığını söyləyiblər.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, polis polkovniki Tanrıverdi Aydınov, Lənkəran şəhər Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə və başqaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018- ci illər üçün Dövlət Proqramı” barəsində məlumat verərək gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya və zərərli vərdişlərlə mübarizə işlərinin gündəlik aparılacağını, bu işlərdə milli-mənəvi dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini deyiblər.
Çıxışlarda mövzu ilə bağlı real vəziyyət və onunla mübarizə yollarından danışılıb, təklif və rəylər səsləndirilib, bu sahədə görülən işlər sırasında aparılan birgə tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Keçidlər