Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Hişkədərə kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği

08 dekabr 2017 | 16:00

        Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.

      08 dekabr 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Hişkədərə kəndində keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
      MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Lənkəran rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstemizm"mövzularında mühazirələr oxumuşlar.
       Kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini bildirib, ölkədə gedən quruculuq işlərini təqdir etdilər.
       Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.

Keçidlər