Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı

12 dekabr 2017 | 16:00

12 dekabr 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir.

  Səhər saatlarından başlayan anım mərasimində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, Masallı Dövlət Regional Kollecinin tələbələri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu öndər Heydər Əliyevin abidəsinin önünə təzə-tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar.

   Anım mərasimdə iştirak edənlər Azərbaycan xalqının ümummilli liderini müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildirmişlər. Anım mərasimi axşam saatlarına kimi davam edəcəkdir.

Keçidlər